İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu tanınmış adamlar peşəsini dəyişmək istəyir

825 01.12.2023 08:50 Maraqlı A A

Gələcəkdə hər bir şəxs iş həyatında 4-5 dəfə peşəsini dəyişməli olacaq

“Gələcəkdə hər bir şəxs öz iş həyatında 4-5 dəfə peşəsini dəyişməli olacaq. Yeni əmək bazarında ortaya çıxan bu tendensiya yeni peşələrə uyğunlaşma bacarığı ilə bağlı olacaq”. Bunu “Yeni media mühitində təhsil və məşğulluq imkanları” mövzusunda konfransda Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, əmək bazarında çoxlu işaxtaran olsa da, çox sayda yeni peşələr üzrə kadr ehtiyacı da var. O deyib ki, bu məqsədlə agentlik yeni məşğulluq sistemi hazırlayır. Həmin sistem bazarda tələb olunan yeni peşələr üzrə iş yerlərinin sayı və işaxtaranların sayının bu ehtiyaca uyğunluğunu izləməyə və tənzimləməyə imkan verəcək. O, media sahəsində ixtisaslaşmanın da aparılmasının əhəmiyyətini vurğulayıb. 

Qeyd etmək yerinə düşər ki, süni intellektin sürətlə bir çox sahələri əhatə etdiyi dövrdə də gələcəkdə hansı peşəyə daha çox ehtiyac olacaq deyə suallar tez-tez verilir. Əlbəttə, məşhur “İvan Vasilyeviç peşəsini dəyişir” filmindəki kimi “zaman maşını”yla başqa zamana ekskursiya etmək imkanımız yoxdur. Odur ki, bu sahədə uğur qazanan tanınmışların təcrübəsinə nəzər salmaqda fayda var.  

Misal üçün, dünya milyarderi, amerikalı biznes maqnatı Bill Qeytsin fəaliyyətinə baxsaq görərik ki, o, müxtəlif peşələrdə, sahələrdə uğurlara imza ata bilib. İnvestor, xeyriyyəçi və yazıçı olan Geyts proqram təminatı nəhəngi “Microsoft”un qurucusu kimi tanınır. “Microsoft”dakı karyerası ərzində 2014-cü ilin may ayına qədər onun ən böyük fərdi səhmdarı olmaqla yanaşı, sədri, baş icraçı direktoru (CEO), prezidenti və baş proqram təminatı arxitektoru vəzifələrində çalışıb. 

Karyerada uğur qazanan ikinci dünya milyarderi, “Amazon”un təsisçisi Jeff Bezos da bir neçə peşədə özünü sınayıb.  Əsasən iqlim dəyişikliyi ilə mübarizə və yoxsulluqla mübarizə ilə bağlı fəaliyyəti ilə yadda qalıb.

“Facebook”un yaradıcısı Mark Zukerberq həyat yoldaşı ilə bir neçə sahədə uğurlu nəticələr əldə edib. Onların xeyriyyə fondu “Chan Zuckerberg təşəbbüsü” bir neçə sahədə, məsələn, məktəblərdə inklüziv təhsilin inkişafı, ABŞ-da irqçiliklə üzləşən millətlər üçün icmaların yaradılması, CZ Biohub tədqiqat mərkəzi xəstəliklərin təbiətini öyrənir və yeni texnologiyalar hazırlayır. 2020-ci ildə Zukerberq və Çan prezident seçkilərinin bütövlüyünü təmin etmək üçün qeyri-kommersiya təşkilatlarına dörd böyük qrant ayırıblar. Cütlük həmçinin pandemiya ilə mübarizə üçün, o cümlədən koronavirus üçün testləri genişləndirmək və COVİD-19 üçün müalicələrin inkişafını sürətləndirmək üçün 100 milyon dollar bağışlayıb.

Bəs görəsən, Azərbaycanda tanınmış simalardan kimlər peşəsini dəyişib, yaxud belə bir fikri var?   

Bakupost.az - Aytən Səfərova deputatlığa namizəd oldu - FOTO

Aytən Səfərova

Bizimlə söhbətdə tanınmış aparıcı Aytən Səfərova mövzu ilə bağlı dedi ki, bir dəfə peşəsini dəyişməyə cəhd edib, amma alınmayıb: “Kütlələr olduqca, o kütlələrin bəzi informasiyalarını əldə etməyə maraq olduqca, jurnalistika daimi peşə olacaq. Bu gün sosial mediaya çıxışları olan, əlinə kamera götürən hər bir şəxs jurnalistdir. Çünki o, öz bloqları vasitəsilə nələrisə çatdırmağı bacarır. Amma bir də var, peşəkar jurnalistika. Bir dəfə peşəmi dəyişmək istədim, alınmadı. Ümidvaram ki, ikinci cəhddə alınar. Dəyişsəm, yalnız millət vəkilliyinə dəyişərəm. Jurnalistikanı başqa heç bir peşəyə dəyişmək mümkün deyil. Çünki jurnalist olmaq da xidmətdir, millət vəkili dər. Jurnalist, millət vəkili olmaq, xalqına, dövlətinə vətəninə xidmət etmək deməkdir”.

Ölümlə hədələnən Tural Abbaslı ilə bağlı DİN araşdırmaya başlayıb -  GlobalInfo.az

Tural Abbaslı

AG Partiya başqanı Tural Abbaslıdan “siyasətdə olmasaydınız, hansı peşəni seçərdiniz” sualına belə cavab aldıq: “Hansı elmi inkişaf getsə də, insan hansı nailiyyətlər etsə də, siyasi idarəçilik qalacaq. Odur ki, bizim üçün elə təhlükə yoxdur. Gələcəkdə peşəmizi dəyişməyə ehtiyac qalmayacaq, süni intellekt yüksək səviyyəyə çatsa belə, insan faktoru idarəçilikdə qalacaq. O ki qaldı siyasətçi olmayasdı, hansı peşə seçərdim sualına, yəqin ki, müəllim olmaq istərdim. Düşünürəm ki, müəllimlik peşəsi layiqli peşədir və hər zaman lazım olan peşədir. Amma hələ ki siyasətdə qalmağımdan razıyam”.

Afaq Bəşirqızı və söyüşün qısa tarixi

Afaq Bəşirqızı 

Xalq artisti Afaq Bəşirqızı isə “Yeni Müsavat”a bildirdi ki, başqa bir peşəni arzulasa da, sonradan incəsənətə bağlanıb: “Mən yalnız incəsənət sahəsində olmuşam. İncəsənət sahəsində çalışanlar, müğənnilər, aktyorlar var ki, başqa peşə ilə də məşğuldur. Hesab edirəm ki, peşəndə mahir olanda artıq qeyri-ixtiyari ikinci, üçüncü sənəti də əvəz edir. Bu bütün sahələrə aiddir. Başqa bir yerdə biznesim filan da yoxdur. Ömrümü yalnız incəsənət sahəsinə bağlamışam. Hesab edirəm ki, bu sahə hər zaman gündəmdə olacaq”.

Rəsul Mirhəşimli - 55

 Rəsul Mirhəşimli

Həm araşdırmaçı jurnalist, həm də ilahiyyatçı kimi fəaliyyət göstərən Rəsul Mirhəşimlinin də fikrini öyrəndik: “Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Filologiyada tədris olunan fənlər klassik ədəbiyyatda irəli gələn fənlər olub. Bunun da hesabına ərəb-fars tərkibləri ilə bağlı məlumatlarım olub. Bundan əlavə, Bakı Dövlət Universitetində fars dili keçmişəm. Gənc yaşlarımdan da dini məlumatlarla maraqlanmışam. 2005-ci ildə "Allah dostları" adlı kitabım da nəşr olunub. Jurnalistikaya gəlməyim də həvəsdən irəli gəlmişdi. Artıq 30 ildən çoxdur ki, bu peşə üzrə fəaliyyət göstərirəm. Nə vaxtsa, ürəyimdən keçib ki, filologiya ilə bağlı elmi araşdırmalarımı davam etdirim. Təəssüf ki, jurnalistikada olan bu dinamiklik imkan verməyib ki, öz ixtisasımın ardınca gedə bilim. Fikrimcə, bu sahələrdən başqa nəyisə bacara bilmərəm". 

Aqil Abbas - 70

Aqil Abbas 

Deputat Aqil Abbas da sualımıza maraqlı cavab verib: “Aqil Abbas anadangəlmə yazıçıdır. 17 yaşımdan povestlər yazıram, 50 ildən çoxdur bu işlə məşğulam. Mən yazıçıyam, millət vəkili olsam da, olmasam da yazıçı olacaqdım. Mən, ümumiyyətlə, peşə dəyişməyi xoşlamıram. Ömrümdə iki yerdə işləmişəm”. 

Sahib Məmmədov: Biznes qurumları QHT-ləri maliyyələşdirən qurumlar sırasına  qatılmalıdır

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə hesab edir ki, Azərbaycanda da insanlar öz peşələrini dəyişərək uğurlar əldə edə bilərlər: “Məncə, bizim ölkədə də bu belə olmalıdır. Həm hazırda ixtisas üçün yaş məhdudiyyəti yoxdur. Ölkədə kifayət qədər 40-50-60 yaşlarında tələbələr var. İndiki zaman bir ixtisası tələb etmir. Ən az əlimizdə iki ixtisas olmalıdır. İki peşəni öyrənməliyik. Çünki bəzi peşələrin nüfuzu get-gedə zəifləyir, bəziləri isə əksinə, artmaqdadır. Yeni peşələr yaranır. Bəzi hallarda bir peşəni hər zaman istifadə etmək də olmur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR