İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu kino ki var …

720 02.08.2023 15:54 Mədəniyyət A A

Bu gün Azərbaycanda Milli Kino Günüdür. Musavat.com bildirir ki, mərhum prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də Azərbaycanda Milli Kino Günü qeyd olunur.

Xatırladaq ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı” və “Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoydu. Bundan sonra onlarla film çəkildi. Onlar arasında ən yadda qalanı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilmiş ilk milli kinokomediya oldu. 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı digər ittifaqla  birləşsə, mən çıxacam” - Ayaz Salayev

Ayaz Salayev: “Özümə və həmkarlarıma bu gücü, qabiliyyəti arzulayıram”

1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başladı. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli cörək”, “Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələrin özündə əks etdirmələridir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verdi. Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Fəryad”, “Sarı gəlin”, “Lal çinar”, “Arxada qalmış gələcək” kimi filmlər oldu.

“Bu gün münasibəti ilə həm özümə, həm də digər kinematoqrafçılara ölkəmizi, topağını, onun insanlarını, daxili aləmini, təfəkkürünü tam dolğunluğu ilə bədii yollarla ekranda əks etdirmək gücü, qabiliyyəti arzulatyıram”.

Bu sözləri 40 ildən artıq kino sahəsində çalışan Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev Musavat.com-a açıqlamasında deyib.

Kino sahəsində çalışan gənclərin hansı problemləri var - Fehruz Şamıyev  danışır - 14.11.2019, Sputnik Azərbaycan

Fehruz Şamıyev: “Dünyaya çıxışımız üçün kino bir nömrəli açardır”

“Bu gün birinci növbədə Azərbaycan xalqının təbrik edirəm ki, bu gün Milli Kino Günüdür”.

Bu sözləri isə kinorejissor-prodüser Fehruz Şamıyev deyib. Kinematoqrafçı kino sahəsinin çox önəmli məsələ olduğunu vurğulayıb:

“Kino xalqın düşüncəsinə təsir edəcək bir imkan, vasitəsidir. Hətta Sovet qurumunu qınasaq belə Lenin xalqın düşüncəsinə təsir etmək barədə kinonun önəmliyini vurğulayıb  deyirdi ki, kino təbliğat vasitəsi kimi çox ən önəmlidir. Bu baxımdan hesab edirəm ki, bugünki günümüz, yaşayışımızı, həyatımızı, düşüncəmizi dəyişdirmək üçün kino ən önəmli vasitədir.

Lakin çox təəssüf ki, bu gün kinonun bu imkanından istifadə edə bilmirik. Arzum budur ki, dövlət, məmur səviyyəsində kinonun önəmliyi  qəbul olunsun. Qonşu ölkələrdə, heç uzağa getməyək, məsələn, 6 milyonluq Qırğızıstanda  belə bir şüar var – Qırğızıstan qısa mesajlı filmlər ölkəsidir. Eləcə də Gürcüstan hətta sovet dönəmindən belə qısa filmərlə məşhurdur. Çox təəssüf ki, Azərbaycanda bu estetika yoxdur. Biz öz ideologiyamızı, siyasətimizi, mənəvi dəyərlərimizi kinonun süzgəcindən  keçirməliyik. Dünyaya çıxışımız üçün kino bir nömrəli amil, açardır.  Bunu anlamaq lazımdır. Yəni, kiçik bir büdcə ilə kino çəkib, dünyaya həqiqətlərimizi çatdıra  bilərik. Ona görə də dövlətimiz bu sahəyə yatırım etməlidir, milli kinomuzun inkişafına təkan verməlidir”.

Onu da xatırladaq ki, bu gün Azərbaycanın xalq artisti, yaratdığı bir çox obrazlarla yaddaşlarda unudulmaz izlər buraxan sevimli aktyor Fəxrəddin Manafovun  doğum günüdür.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR