İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il yeni doğulan uşaqlara verilən ən populyar adlar (SİYAHI)

11496 11.02.2015 02:38 Maraqlı A A
2015-ci ilin yanvar ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan oğlan adları arasında üstünlük yenə də Yusifə, qız adları sırasında isə üstünlük Zəhraya məxsusdur. 

Ədliyyə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, ötən ay d aha çox qoyulan oğlan adları arasında Yusifdən sonrakı yerlərdə Əli, Hüseyn, Məhəmməd və Murad gəlir.

Qız uşaqlarına verilən ən populyar adlar sırasında Zəhranın ardınca Nuray, Fatimə, Aylin, Ayan, Zeynəb gəlir.

Qeyd edək ki, Yusif və Zəhra adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tuturlar.

Musavat.com modern.az-a istinadən bu ilin ən populyar adlarının siyahısını təqdim edir.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR