İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il 4 milyon vətəndaş icbari tibbi sığortadan yararlanıb

357 14.12.2023 11:10 Səhiyyə A A

"Bu ilin yanvar-oktyabr aylarında 4,5 milyon şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alıb. Bu o deməkdir ki, ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanıb. İlin sonuna pasiyent sayının daha da artacağı məlum məsələdir".

Musavat.com xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.

Agentliyin sədri qeyd edib ki, ildən-ilə vətəndaşların sığortadan istifadəsi artan xəttlə davam edir:

"Ötən illə nisbətdə xidmət sayında bu ilin 10 ayı ərzində 30% artım müşahidə olunub. (ambulator tibbi xidmət – 87% , stasionar tibbi xidmət – 13%) 1 pasiyentə düşən xidmət sayında və 1 pasiyentə düşən müraciət sayında müvafiq olaraq 1.5 və 1.1 dəfə artım olub".

Z.Əliyev bildirib ki, ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə gəlir ki, bu da həkim baxışı, qəbuludur: "Daha sonra endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri və qan dövranı sistemi xəstəlikləri. Cari ildə göstərilən tibbi xidmətlərin 59%-i regionların payına düşüb".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR