İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?

29845 06.05.2024 12:05 Ölkə A A

Xəbər verdiyimiz kimi, 9 May Qələbə Günü, 11-12 may isə şənbə və bazardır.

Qeyri-iş günlərinin ardıcıllığının təmin edilməsi məqsədilə Nazirlər Kabineti belə vəziyyətlərdə istirahət və iş günlərinin yerini dəyişməyə qərar verir. Bəs, 10 may iş gününün qeyri-iş günü ilə dəyişdiriləcəyi gözlənilirmi?

Məsələ ilə bağlı saytımıza Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı hazırda heç bir qərar yoxdur.

“Bu haqda indiyədək müzakirə də aparılmayıb”, - qurumdan vurğulanıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun 7-ci bəndində deyilir: “Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər”.

Belə məlum olur ki, bu həftə Nazirlər Kabineti qeyri-işı günlərinin ardıcıllığını təmin etmək niyyətində deyil.//Axar.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR