İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu, erməni vandalizminin sübutudur - Elçin Yusubov

779 31.03.2024 13:54 Qarabağ xəbərləri A A

"Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli hadisəsidir. Xocalı soyqırımına siyasi qiymət verilməsi istiqamətində ilk addım Ulu Öndər Heydər Əliyev tərəfindən atılıb. Sistemli fəaliyyət nəticəsində 18 ölkədə bu hadisə soyqırım kimi tanınıb. Lakin beynəlxalq aləmdə bu soyqırıma düzgün qiymət verilməyib".

Musavat.com xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

O qeyd edib ki, gələcəkdə Xocalıda kütləvi məzarlıqların aşkarlanması istisna olunmur:

"Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ili Vətən müharibəsində və lokal antiterror tədbirlərində Xocalı soyqırımının qisası döyüş meydanında alınıb. Xocalıda aşkar olunmuş kütləvi məzarlıqlar erməni vandalizminin sübutudur".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR