İnsanlara hürriyət, millətlərə istiqlal!

“Böyük Qayıdış” istiqamətində daha mühüm bir addım

1614 06.07.2022 10:20 KİVDF layihələri A A

Elçin Mirzəbəyli: “Azərbaycan Prezidenti ölkəni elan etdiyi, geriyə dönüşü olmayan hədəflərə doğru aparır”

Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə Kəlbəcər və Laçına etdiyi səfər Qarabağa “Böyük Qayıdış” prosesi ətrafındakı ən mühüm addımlardan biri oldu. Ali Baş Komandan işğaldan azad edilən həmin ərazilərdən qayıdışla bağlı ciddi mesajlar verdi. Dövlət başçısına təqdim edilən Kəlbəcərin baş planı onu göstərdi ki, bu yerdən didərgin düşən məcburi köçkünlərin geri qayıtmaları tezliklə reallaşacaq.

Qayıdış prosesi ətrafında son məlumatlardan biri odur ki, ANAMA Qarabağda minatəmizləmə əməliyyatlarına cəlb olunan itlərin sayını artırır. Qurumdan bildiriblər ki, daha beş baş xüsusi təlim keçmiş it işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.

Marşal İrsi İnstitutu ilə ANAMA arasında imzalanmış anlaşma memorandumu çərçivəsində ümumilikdə 30 minaaxtaran itdən 25-i artıq Agentliyə təhvil verilib. Qalan 5 itin 2023-cü ilin ilk yarım ilinədək göndərilməsi nəzərdə tutulub.

Əvvəlki mərhələlərdə Azərbaycana göndərilən minaaxtaran itlər öz bələdçisi ilə uyğunlaşma təlimi və beynəlxalq minatəmizləmə standartları (IMAS) üzrə akkreditasiyadan keçirilərək Qarabağda icra edilən əməliyyatlara cəlb olunublar.

Bu itlər işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında iştirak edərək “Böyük Qayıdış” layihəsinin reallaşdırılması istiqamətində təhlükəsiz mühitin yaradılmasında xüsusi töhfəsini verir.

Elçin Mirzəbəyli: Radikal müxalifət Azərbaycan dövlətçiliyinə qarşı  yönəlmiş bütün layihələrdə ön cərgədə dayanıb - AZƏRTAC

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, politoloq, əməkdar jurnalist Elçin Mirzəbəylini proseslərin gedişi çox qane edir: “İşğaldan azad edilmiş Azərbaycan ərazilərinə qayıdış dövlətimizin prioritet hesab etdiyi vəzifələrdəndir və gün həyata keçirilən bütün tədbirlərin, görülən bütün işlərin təməlində Qarabağa və Şərqi Zəngəzura həyatın sözün tam mənasında qayıtması dayanır. Bu gün görülən işlərin, bütün müstəvilərdə həyata keçirilən tədbirlərin anonsu ilə diqqətli insanlar Prezident İlham Əliyevin 44 günlük müharibənin gedişində və 10 noyabr bəyanatının imzalanmasından dərhal sonra xalqa edilən müraciətlərdə tanış ola bilərlər. Ermənistan hakimiyyətinin bütün manipulyativ davranışlarından, məğlub ölkədəki revanşçıların, separatçı tör-töküntülərin atılıb düşmələrindən, prosesdə birbaşa və dolayısı ilə iştirak edən subyektlərin soyuqqanlı diplomatik ifadələrindən asılı olmayaraq, Azərbaycan Prezidenti ölkəni elan etdiyi, geriyə dönüşü olmayan hədəflərə doğru aparır. Prezidentin Laçın və Kəlbəcərə səfəri zamanı qayıdışla bağlı səsləndirdiyi fikirlərinə də məhz bu kontekstdən yanaşılmasını doğru hesab edirəm. Ermənistan hakimiyyətinin davranışlarına və müəyyən etiraflarına gəldikdə isə rəsmi İrəvanın davranışları, əslində Jül Renara aid olan, amma amerikalılar tərəfindən əlavələr edilmiş aforizmdə olduğu kimidir: ”Həqiqəti de, yalnız həqiqəti, amma bütün həqiqəti demə".

Bu baxımdan da Nikol Paşinyan və ətrafı həqiqəti erməni cəmiyyətinə hissə-hissə, onun qəbul edə biləcəyi qədər deyir. Ermənilər də, zaman da sübuta yetirib ki, həqiqəti başa düşsələr də, qəbul etməyi bacarmırlar. Ona görə də Ermənistan və bütövlükdə, cüzi istisnalar olmaqla, ermənilərə nəyisə qəbul etdirməyin yolu onları qəbul etmək məcburiyyəti qarşısında qoymaqdan ibarətdir. Ermənistan rəsmilərinin və bir sıra deputatların, ekspertlərin, məsələn, Laçın rayonunun hazırda etnik ermənilər tərəfindən talan edilən, yandırılan kəndlərinin Azərbaycana məxsus olması barədə fikirləri də bu qəbildəndir. Məgər ermənilər işğaldan azad etdiyimiz və Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan, bir ovuc erməninin yaşadığı ərazilərin Azərbaycana məxsus olduğunu bilmirlər? Əlbəttə bilirlər. Amma erməni təfəkkürü həqiqətə deyil, natamamlığını gizlətmək üçün uydurduğu nağıllarla, əfsanələrlə yaşamağı sevir. Onlar Ermənistanı və erməniliyi olduğu kimi görmək və qəbul etməyi deyil, xəyallarındakı ilğım, mifik Ermənistanla yaşamağı daha çox sevirlər. Bu baxımdan da bundan sonra bir an da tərəddüd etmədən “Dəmir yumruğu” Ermənistanın başının üzərindən çəkmək, arxayınlaşmaq olmaz. Ermənistanın və erməni xəstəliyinin doğurduğu faciələrin miqyasını biz son 100 il ərzində bir neçə dəfə görmüşük. Əgər yenidən görmək istəmiriksə, daim güclü olmalıyıq. Bəlkə də qonşuluğumuzdakı bu köçəri tayfanın naqisliyini bizim üçün həm də əlavə stimulverici faktor kimi dəyərləndirmək lazımdır. İşğaldan azad etdiyimiz torpaqlarımıza, Qarabağa, Şərqi Zəngəzura qayıdışla bağlı tam təsəvvürə malik olmaq üçün isə qənaətimə görə, bu ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin miqyasına nəzər salmaq yetərlidir. Həm də nəzərə almaq lazımdır ki, bu ərazilərdə həyata keçirilən layihələrin prioritetlərindən biri və bəlkə də birincisi, bu torpaqlarda azərbaycanlıların əbədiyyətə qədər təhlükəsiz və firavan yaşamaları üçündür. Bu baxımdan, həyata keçirilən hər bir layihə özündə bir neçə komponenti birləşdirir. Şübhə etmirəm ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman əsgər və zabitlərinin nümayiş etdirdikləri misilsiz rəşadət dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldığı kimi, işğaldan azad etdiyimiz ərazilərimizdə görülən işlər də özünün universallığı baxımından nümunəyə çevriləcək".

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR