İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəqədidə Alı Mustafayevin 65 illik yubileyi münasibəti ilə xatirə lövhəsinin açılış mərasimi keçirilidi

1032 15.04.2017 15:36 Ölkə A A

Binəqədi rayon k İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 14 aprel 2017-ci il tarixdə əməkdar jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin 65 illik yubileyi münasibətilə barelyefinin açılış mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, açılış mərasimində Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, deputat Elşad Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi Teymur Bünyadov, Azərbaycan Texniki Universitetinin prorektoru, “Qazax Cəmiyyəti” İctimai Birliyinin sədri İlham Pirməmmədov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Milli Qəhrəman Alı Mustafayevin həyat yoldaşı Lalə Mustafayeva və ailə üzvləri, tanınmış ziyalılar, şairlər, yazıçılar, KİV nümayəndələri, rayon ictimaiyyətinin və QHT-lərin təmsilçiləri iştirak ediblər.

Milli Qəhrəman Alı Mustafayevin 65 illik yubileyi münasibətilə hazırlanmış barelyefin üzərindən örtük götürüldükdən sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tədbiri giriş sözü ilə açaraq Milli Qəhrəman, şəhid jurnalist Alı Mustafayevin şərəfli həyat yolu və peşə fəaliyyəti barədə məlumat verib.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov şəhidlərimizin vətən qarşısındakı xidmətlərindən və dövlətin onların ailələrinə olan qayğısı haqqında danışıb. Xaləddin İsgəndərov Ermənistanın Azərbaycana hərbi təcavüzünün başladığı ilk vaxtlardan Alı Mustafayevin ön cəbhədə olduğunu və peşə fəaliyyətini ləyaqətlə həyata keçirdiyini deyib.

Milli Məclisin deputatı, Şura sədri Azay Quliyev Alı Mustafayevin Azərbaycan mətbuatının qızıl fonduna düşən jurnalistlərdən olduğunu bildirib. Azay Quliyev Alı Mustafayevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan dövrdən problemin həlli istiqamətində aparılan danışıqlar, o cümlədən hərbi əməliyyatların gedişi barədə çoxsaylı televiziya reportajları hazırlayaraq ölkə vətəndaşlarının informasiya təminatına töhfələr verdiyini deyib. Şura sədri cənab prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyini və Cocuq Mərcanlıda başlayan quruculuq prosesinin bunun başlanğıcı olduğunu qeyd edib: “Alı Mustafayev kimi fədakar, cəsarətli insanlar heç zaman unudula bilməz. Cəmiyyətimiz onun jurnalist kimi üzərinə düşən işi necə şərəflə və mərdliklə icra etdiyini bilir”.

Əflatun Amaşov, akademik Teymur Bünyadov, İlham Pirməmmədov, Milli Qəhrəmanın tələbə yoldaşları və dostları çıxış edərək Alı Mustafayevin nəsillərə örnək olan ömür yolundan və ədəbi yaradıcılığından söhbət açıblar.
Sonda Alı Mustafayevin həyat yoldaşı Lalə Mustafayeva tədbirin digər təşkilatçılarına təşəkkürünü bildirib və şəhid jurnalistlə bağlı xatirələrini danışıb.

Tədbirdə əməkdar artist Sabir Məmmədovun, həmçinin 115 və 179 saylı orta məktəblərin şagirdlərinin ifasında şeirlər səsləndirilib, kompazisiya nümayiş olunub.

Mərasimdə Binəqədi rayonunun ictimai-siyası həyatında fəal iştirakına görə Milli Məclisin deputatı Azay Quliyev Fəxri Fərmanla təltif olunub.
Həmçinin barelyefin müəllifi Azad Əliyevə və iş icraçısı Vüsal Əyyubova da Fəxri Fərman təqdim olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR