BƏYLƏR ƏYYUBOVUN QARDAŞI OĞLU GÖYGÖLDƏ QOÇULUQ EDİR
Redaksiyamızla əlaqə saxlayaraq müxbirimizə şikayətlənən S.Quluzadənin sözlərinə görə, Ş.Əyyubov ona məxsus 8 sot torpaq sahəsinin ətrafına çəkdiyi hasarı sökdürmək istəyib: “Bu torpaq sahəsi mənim şəxsi mülkiyyətimdir. Torpağımı hasarlayıb orada ev tikirəm. Artıq evin birinci mərtəbəsi tikilib. Lakin Şahin Əyyubovun həmin torpaq sahəsinə gözü düşüb”.
S.Quluzadə bildirir ki, torpaq sahəsi Aşıqlı-Göygöl gölü yolu üzərində, mənzərəli yerdədir: “Torpağım rayonda ən yaxşı yerdədir. Şahin müəllim də həmin ərazidə villa tikdirir. Onun tikdirdiyi villa mənim qonşuluğumdadır. Şahin müəllim qonşularımdan ikisinin torpaq sahəsini artıq zəbt edib. Qonşulardan birinə 8 min manat verib, halbuki yerin dəyəri dəfələrlə bahadır. Digər qonşuma isə Gəncənin Sevinc qəsəbəsində balaca məhəllə verib. Şahin müəllim mənə də torpaq sahəmi satmağı təklif etdi. O, mənə 25 min dollar təklif edir. Mənsə torpağımı satmaq istəmirəm. Əmisinə arxalanan Şahin müəllim mənə deyir ki, sən kimsən ki, mənimlə qonşu olasan. Martın 29-da Şahin müəllimin qardaşı mənə hədə-qorxu gəlib. Onun cangüdənləri mənə bellərindəki tapançaları göstərir. Bir sözlə, Şahin Əyyubov məndən əl çəkmir”.
Şikayətçi deyir ki, rayon rəhbərliyində təmsil olunan şəxslər torpağının ətrafına çəkdirdiyi hasarı buldozerlə sökmək istəyib: “Torpaq sahəmdən əl çəkmədiyimi görən Şahin müəllim bu gün (dünən-red.) öz adamlarını, rayon torpaq şöbəsinin müdirini, yerli icra nümayəndəsini, Aşıqlı bələdiyyəsinin sədrini və digər səlahiyyətli şəxsləri həyətimə göndərib. Onlar minbir əziyyətlə tikdirdiyim hasarı traktorla uçurmağa çalışdılar. Lakin kənd sakinləri mənim müdafiəmə qalxdı. Kəndlilərim, qohumlarım və Şahin Əyyubovun adamları, rəhbər şəxslər arasında mübahisə düşdü. Əyyubovun adamları kənd sakinlərinin təpkisindən çəkinib ərazini tərk etdi. Lakin onlar guya mənim qanunsuz torpaq sahəsi zəbt etməyim barədə akt tərtib etdilər. Onu da deyim ki, həmin torpaq sahəsi mənim adıma özəlləşdirilib və bütün sənədlər qanuni şəkildə tərtib edilib. Ola bilsin ki, sonradan sənədləri dəyişdiriblər”.
S.Quluzadə Ş.Əyyubovun təhdidlərinin sona çatmadığını söylədi: “Şahin Əyyubovun qanunsuz əməllərindən rayonda hamının xəbəri var. O və ətrafındakılar təkcə mənim yox, yüzlərlə adamın haqqını tapdayır. Şahin Əyyubovun qanunsuz hərəkətləri barədə isə icra başçısı Arif Seyidova şikayət etməyin mənası yoxdur. Çünki icra başçısı özü Əyyubovlardan çəkinir. Rayonda gəzən şayiələrə görə, Şahin Əyyubov icra başçısını elə öz otağında bir neçə dəfə sillələyib də”.
Gəncədəki mənbələrimizdən aldığımız məlumata görə, Ş.Əyyubov Gəncə şəhər 12 saylı vergilər departamentinin rəis müavinidir. Əslində departamentin rəisi Azər Kosayevin heç bir səlahiyyəti yoxdur. Departamentin faktiki rəhbəri Ş.Əyyubovdur. O, Gəncəbasar bölgəsində Əyyubovlar klanının nüfuzlu rəhbərlərindən hesab olunur. Bölgədəki icra başçıları, polis rəisləri və digər yüksək rütbəli məmurlar Ş.Əyyubovla hesablaşır. Etibarlı mənbənin sözlərinə görə, Ş.Əyyubov Gəncənin ticarət və istehsal sahələrinə də nəzarət edir: “Gəncə uzun illərdir ki, Əyyubovlar ailəsinin nəzarəti altındadır. Ailəyə məxsus biznes ortaq idarə olunur və gəlir aralarında bölünür. Gəncənin ticarət obyektlərinin, bazarların, istehsal müəssisələrinin çoxu Əyyubovlara məxsusdur. Konkret olaraq Gəncədəki ”Qaya" restoranı Şahin Əyyubova məxsusdur. O, həm də maldarlıqla məşğul olur. Samux, Göygöl rayonları ərazilərində ona məxsus fermaların olduğu söylənilir".
Yazıda adı keçən tərəfləri də dinləməyə hazırıq.