İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzia Fransa klublarının təkliflərini qəbul etməyib

682 02.04.2024 20:09 İdman A A

“Qarabağ”ın futbolçusu Yassin Benzia Fransa klublarının təkliflərini qəbul etməyib.

İdman.biz xəbər verir ki, bunu əlcəzairli yarımmüdafiəçinin özü açıqlayıb.

O bildirib ki, Liqa2 təmsilçilərindən təkliflər alıb. Benzia aşağı dəstə klublarında oynamaq istəmədiyi üçün bu variantları qəbul etməyib: “Cari mövsümdə artıq 40-dan çox oyun keçirmişəm. Avropa Liqasında da oynamışam. Mənə Fransa Liqa2-dən təkliflər var idi. Amma mən özümü o səviyyədə görmək istəmədim. Əla mövsüm keçirirəm. Mən xoşbəxtəm. Sonda planımız istədiyimiz kimi gerçəkləşdi”.

Qeyd edək ki, Benzia mövsümün 41 matçında 13 qol və 10 assistə imza atıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR