İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhram Bağırzadə Xoşqədəmi, Elgizi belə ələ saldı - VİDEO

6089 05.03.2024 14:29 Şou-biznes A A

Əməkdar artist, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun ən məşhur iştirakçısı, aktyor Bəhram Bağırzadə son paylaşımı ilə gündəmə gəlib.

Musavat.com yenisabah.az-a istinadən xəbər verir ki, yerli telekanallarda yayımlanan müxtəlif sosial verilişlərdən fraqmentləri toplayan aktyor bu səhnələrdən video-çarx hazırlayıb.

Proqramlarda yayımlanan qışqır-bağır görüntülərinə heç bir şərh verməyən sənətçi sözügedən kadrlara təəccüblə baxmaqla kifayətlənib.

Onun bu görüntüləri pərəstişkarlarının marağına səbəb olub. Bağırzadənin bir kəlmə belə demədən sosial verilişləri tənqid edə bilməsi alqışlanıb.

Qeyd edək ki, video-çarx Xoşqədəm Hidayətqızının, Elgiz Əkbərin və Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişindən fraqmentlər yer alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR