İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş katib: "NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur"

318 09.05.2024 13:58 Dünya A A

Şimali Atlantika Alyansı Ukraynaya hərbi personal göndərmək niyyətində deyil.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq İtaliyanın ANSA agentliyinə müsahibəsində bildirib.

“NATO-nun Ukraynada qüvvələr yerləşdirmək planı yoxdur. Keçən həftə Ukrayna hakimiyyəti ilə görüşəndə onlar bunu istəmədilər”. Bunun əvəzinə, Stoltenberqin qeyd etdiyi kimi, Kiyev NATO ölkələrindən daha çox hərbi yardım göstərməyi xahiş edir.

Daha əvvəl İtaliyanın “Corriere della Sera” qəzeti sənəd layihəsinə istinadla xəbər vermişdi ki, NATO ölkələri iyulun 9-11-də Vaşinqtonda keçiriləcək alyans sammitində öz qoşunlarını Ukraynaya göndərmək ideyasını rədd etmək niyyətindədirlər. Mətnə görə, “o yerə əsgər çəkməsi dəyməyəcək” ifadəsi sənəddə əsas ifadələrdən birinə çevriləcək. Eyni zamanda, blok şərq cinahını gücləndirməyə davam edəcək və regionda şəxsi heyəti Baltikyanı ölkələrdən Bolqarıstana qədər uzanan dağ silsiləsi boyu ərazilərdə yerləşdirilə bilən 300 min hərbi personala çatdırmaq niyyətindədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR