İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının mərkəzində restoranda yanğın olub - FOTO

1474 10.04.2019 18:07 Son xəbər A A

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi-70 ünvanında yerləşən "Təndir&Kabab" restoranının havalandırma sistemində yanğın olub.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, binanın birinci mərtəbəsinin arxa hissəsində restorana məxsus havalandırma sisteminin generatorunda qısaqapanma olub. Nəticədə elektrik kabelləri əriyib və generatorda tüstülənmə baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Restoranın yerləşdiyi binaya elektrik enerjisinin verilişi dayandırılıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən maşınları cəlb olunub və yanğının qarşısı alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR