İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı

557 16.04.2024 22:06 Hadisə A A

Bakıda uşaq evində intihara cəhd olub.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb.

Orada qalan, 16 yaşlı qız M.A. (ad şərtidir) qollarını doğrayıb.

Uşaq evinin rəhbərliyi dərhal yeniyetməyə ilkin tibbi yardım göstərib, sonra həkim çağırıb və bu barədə polisi məlumatlandırıb.

Təcili yardım briqadası və polis uşaq evinə gələndə yeniyetmə qız oradan qaçıb.

Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR