İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bərbərxanada FACİƏ: ölən var

2020 08.05.2024 15:04 Hadisə A A

Bakıda 84 yaşlı kişi bərbərxanada saçını kəsdirərkən dünyasını dəyişib.

Musavat.com Qaynarinfo-ya istinadən xəbər verir ki, 1940-cı ildə Bakı şəhərində doğulmuş mərhum Arif Məmmədov Dağüstü qəbirstanlığında dəfn olunub.

Mərhumun ölümü evdə baş vermədiyindən müvafiq qurumlar tərəfindən ölümünün qeydə alınmasından imtina edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə şahid qismində bərbərin izahatı alınıb. O, bildirib ki, bərbərdir, mərhum Arif Məmmədovla qonşu olub. Səhər saat 11.00 radələrində saçını kəsdiyi zaman Arif Məmmədov qəflətən vəfat edib.

Məhkəmənin qərarı ilə, Arif Məmmədovun Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR