Bu gün Məhərrəm ayının 10-cu günü – Aşura günüdür. Bakıda və Azərbaycanın bir çox bölgələrində Aşura günü ilə bağlı mərasimlər keçirilir.
Musavat.com xəbər verir ki, hicri təqvimi ilə 61-ci ildə İmam Hüseynin və silahdaşlarının Kərbəlada şəhid edildiyi bu tarix İslam dünyasında matəm günü kimi qeyd olunur.
Hər il olduğu kimi bu il də Bakının müxtəlif ərazilərində, məscidlərdə Aşura mərasimi keçirilib. Təzəpir məscidi onlardan biridir. Məscidə keçirilən matəm mərasiminə öncəki illərə nisbətdə daha az adam qatılıb.
Buna baxmayaraq ərazi hər tərəfdən polis əməkdaşları tərəfindən qorunurub. Əraziyə daxil olan şəxslərin təhlükəsizlik səbəbi ilə çantaları yoxlanılıb.
Aşura mərasimi isə hər il olduğu kimi sakit şəkildə keçib. Ziyarətçilər dualar edib, ehsan paylayıb, qanvermə aksiyasında və əzadarlıq mərasimlərində iştirak ediblər.
Mərasimdən çəkilən fotoları sizlərə təqdim edirik:






