İnsanlara hürriyət, millətlərə istiqlal!

Azxeber.com 14 yaşını qeyd edir

400 13.04.2024 18:25 Media A A

Bu gün Azxeber.com informasiya portalının 14 yaşı tamam olur.

Musavat.com xəbər verir ki, portal 2009-cu il aprel ayının 13-də fəaliyyətə başlayıb.

Portalda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır. Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

Saytın sosial şəbəkələrdəki hesabları da olduqca aktivdir. Portalın instagram (750 min), tiktok (180 min), threads (17 min), yutub (50 min) və teleqram (25 min), facebook (35 min) sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.

Xatırladaq  ki, portal gənc jurnalistlər Əfsələddin Ağalarov və Hacıbəy Heydərli təşəbbüsü ilə yaradılıb.

"Yeni Müsavat" Media Qrupunun kollektivi olaraq uğurlu adamların uğurlu layihəsini təbrik edirik!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR