İnsanlara hürriyət, millətlərə istiqlal!

“AzStarTV” televiziyası Kanadada "Azərspace" peykindən yayıma başladı

1336 01.09.2023 21:37 Media A A

Kanadada “AzStarTV” televiziyası "Azərspace" peykindən yayıma başlayıb.

Musavat.com xəbər verir ki, “AzStarTV” telekanalı "Az Media Group"un (Heydarbaba Media Group) yayım mərkəzidir.

Xatırladaq ki, 2016-cı ilin 21 oktyabr tarixində Kanadanın Toronto şəhərində “AzStarTV” telekanalının açılış mərasimi keçirilib. Bundan sonra telekanal Kanada və Amerikada 24 saatlıq yayıma start verib.

2021-ci ilin may ayından etibarən isə Türkmən aləm peykindən İran və Türkiyə kimi ölkələrdə yayımlanmağa başlayıb.

“AzStarTV” əsasən Güney Azərbaycan türklərinin mədəniyyət və incəsənətini təbliğ etməkdədir. Kanal Güney Azərbaycan musiqisinin inkişafına da öz töhfəsini verib. Bu istiqamətdə xeyli sayda klip təqdimatlarını, 50 bölümü yayımlanmış “Star Müzik”, “Səs yarışı-1”, “Səs yarışı-2” müsabiqələrini, ustad musiqiçilərin təqdimatı ilə “Ozanlarımız” proqramlarını nümunə göstərmək olar. Qeyd edək ki, 33 bölümü yayımlanmış “Ozanlarımız” verilişi sayəsində İranda mövcud olan türk aşıq məktəbinin təbliği həyata keçirilib. Verilişdə Azərbaycan, türkmən, qaşğayi, Xorasan türklərinin aşıq məktəbləri və ustadları haqqında ətraflı məlumatlar verilib.

Hazırda “AzStarTV” “Azərspace” peyki ilə başda Kanada və ABŞ olmaqla Azərbaycan, Türkiyə, İran, Rusiya və digər 25 ölkədə yayımlanmaqdadır.

WhatsApp Image 2023-09-01 at 19.45.17.jpeg (467 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR