İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qarşı-qarşıya qaldığı problemləri niyə ancaq O çözə bilər?

4227 25.03.2018 12:25 Gündəm A A

Heydər Əliyevlə başlayan “İqtisadi Dirçəliş” proqramı və varisin çiyninə düşən məsuliyyət yükü

(Niyə məhz İlham Əliyev – II Hissə)

Əvvəli bu linkdə

Növbəti sual ortaya çıxır: İndiki Azərbaycanın qarşı-qarşıya qaldığı problemlər nədir və niyə məhz İlham Əliyev bu problemləri çözə bilər?

2. İqtisadi əsaslar

Hər bir dövlət kimi, Azərbaycanın da qarşısında dayanan ən böyük problem iqtisadi inkişaf strategiyası ilə bağlıdır. Sirr deyil ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanan ölkəmizin bütün iqtisadiyyatı darmadağın dağılmış, sənaye müəssisələrimiz işləməz vəziyyətə düşmüş, aqrar və kənd təsərrüfatı müəssisələri rentabelsiz fəaliyyət göstərirdi. Əslində SSRİ kimi nəhəngin dağılmasının da başlıca səbəblərinin başında onillərlə davam edən iqtisadi böhran dayanırdı. Təsadüfi deyil ki, hələ Brejnevin zamanında SSRİ-də Ərzaq Proqramı deyilən sənəd qəbul olunmuş və bəzi gündəlik qida məhsullarının istehlakına məhdudiyyət qoyulmuşdu. O dövrü görənlər yaxşı xatırlayar ki, bir çox respublikalarda, o cümlədən də bizdə hətta çörək belə qıtlaşmışdı. Mağazaların qarşısında yaranan uzun çörək növbələri bugünkü gənclər üçün inanılmaz olsa da, hər halda bizim nəslin nümayəndələri o günlərdən keçiblər.

“Ərzaq Proqramı”nın qəbul olunmasının başlıca səbəblərindən biri də gündəlik tələbat malları sahəsində təklifin tələbi qarşılamaması idi. SSRİ-nin silahlanmaya, bir çox xarici ölkələrdə kommunizm yaymağa və işğala ayırdığı vəsaitlər istər-istəməz ölkə vətəndaşlarının boğazından kəsilir, bu da vəziyyəti gərginləşdirirdi. Yağ, ət kimi qida məhsulları belə talonlarla satılırdı.

Похожее изображение

Ərzaq təhlükəsizliyi sahəsinə qədər işləyən böhranın digər əsas səbəblərindən biri də SSRİ-nin iqtisadi siyasəti və yanaşmaları idi. Dünyanın aparıcı ölkələri elmi texniki tərəqqidən istifadə edərək, iqtisadiyyatlarını modernləşdirdiyi, robotlaşdırdığı halda, SSRİ işsizliyi artıracaq qorxusuyla buna qarşı çıxır, nəticədə 100 illik, əlli illik fabrik və zavodlar təkmilləşdirilmədən qalırdı. Bu isə nəticə etibarilə məhsuldarlığı azaltdığı kimi, keyfiyyəti də aşağı salırdı.

Digər tərəfdən, özəl mülkiyyətin olmaması sovet insanlarının sahibkarlıq hislərini də öldürür, azad rəqabətin yoxluğu iqtisadi inkişafın qarşısını alırdı. Beləcə ölkə iqtisadiyyatı da getdikcə böhrana sürüklənir və əhəmiyyətsiz yükə çevrilirdi.

Tam belə bir zamanda SSRİ rəhbərliyinin həyata keçirmək istədiyi islahatlar 70 il sovet maskası geymiş rus imperiyasını dağılmağa apardı və Azərbaycan da məhz bu xarabalıq üzərində, özü də əyalətdə müstəqil dövlət kimi ortaya çıxdı.

Похожее изображение

Bu dövlətin özünü toparlaması isə asan deyildi. Yaranmış hərc-mərcliyi ortadan qaldıracaq “dəmir əl”ə, böyük siyasi təcrübəyə malik ağıla ehtiyac var idi. Müasir Azərbaycanın təməllərini atan mərhum Heydər Əliyev məhz bu şəraitdə hakimiyyətə gəldi və dövləti yenidən qurmaq üçün qollarını çırmaladı.

Onun qarşısında isə böyük problemlər dayanmışdı. İlk əvvəl işə yaramaz, rentabelsiz hala gələn iqtisadi qurumlardan imtina etməli, onların yerinə daha yığcam və funksional gücü yüksək müəssisələr yaradılmalı, xüsusi mülkiyyətçiliyə keçilməli, sahibkarlığın inkişafına ciddi investisiyalar qoyulmalı, yeni zehniyyətli kadrların yetişdirilməsi üçün xaricə tələblər göndərilməli idi və s. Başqa sözlə desək, hər şey sıfırdan yaradılmalı idi. Bunun üçün də ölkəyə ciddi maliyyə, investisiya cəlb olunmalıydı. Azərbaycanın yenicə ayaq üstə durmağa çalışan dövlət olduğunu nəzərə alsaq, bütün bu proqramları xarici investorların ixtiyarına vermək ölkənin suverenliyini təhlükə altında qoya bilərdi.

Amma Uca Yaradanın Azərbaycan xalqına bəxş etdiyi böyük bir zənginliyi var idi ki, bu da ulu rəhbərimizin əlindən tutdu. Söhbət neft ehtiyatımızdan gedir. Heydər Əliyevin böyük dühası neft gəlirlərindən istifadə edərək ölkə iqtisadiyyatını yenidən qurmaq və təkmilləşdirmək strategiyasını həyata keçirmək proqramını ortaya qoydu.

Похожее изображение

Biz 1993-cü ildən bəri dəqiqliklə həyata keçirilən bu proqramı 3 mərhələyə bölə bilərik:

  1. Neft gəlirlərini təmin edən siyasətlər,
  2. Qeyri-neft sektorunun infrastrukturunu yaratmaq,
  3. Qeyri-neft sektorunun inkişafı və qlobal ticarət dəhlizləri.

Şərti olaraq 3 yerə böldüyümüz bu proqramın ilk mərhələsi mərhum Heydər Əliyevin dövrünə düşür. Müasir Azərbaycanımızda hakimiyyətdə olduğu 10 il ərzində yürütdüyü incə siyasətlərlə “Əsrin müqavilə”sini imzalayan Heydər Əliyevin böyük dühası lazım olan investisiyanın ölkəmizə axışına tam şərait yaratdı. Nə yazıq ki, onun ömrü proqramın ikinci hissəsini həyata keçirməyə imkan vermədi. Heydər Əliyevin əsasını qoyduğu bu iki mərhələ isə onun həm siyasi, həm də bioloji varisi İlham Əliyevin çiyinlərinə düşəcəkdi.

Hakimiyyətdə olduğu 10 il ərzində Heydər Əliyev öz varisini bu ağır məsuliyyət yükünü daşımağa da hazırlamışdı. Təsadüfi deyil ki, İlham Əliyevin siyasi karyerası ulu öndərin Azərbaycanın dirçəliş proqramının əsas mənbəyi sayılan SOCAR-dan başlamışdı. O, 1994-cü ildən 2003-cü ilədək xalqımızın ümidgahına çevrilmiş bu müəssisənin ən aparıcı kadrı olmuş, əvvəl vitse-prezident, daha sonra isə I vitse-prezident vəzifələrini icra etmişdir. Sözsüz ki, dahi rəhbər öz varisini bu vəzifəyə səbəbsiz yerə təyin etməmişdi. Heydər Əliyevin məqsədi Azərbaycanın ümid yerini ən çox inandığı adama həvalə etmək və ölkəmizin dövlətləşmə prosesini daha güvənli şəkildə həyata keçirmək idi.

Похожее изображение

Üstəlik, dövlətləşmə prosesinin öz ömründən uzun sürəcəyi də Heydər Əliyevə aydın idi. Zira buna onillərin lazım olduğunu qlobal siyasət meydanında püxtələşən təcrübəli siyasətçinin bilməməsi mümkün deyildi.

Özündən sonra siyasi varisliyini davam etdirə biləcək qabiliyyətə malik olan adam , sözsüz ki, bu fundamentin atılmasında yer almalı, prosesin əvvəlindən axırına qədər hər sirrinə vaqif olmalıydı.

Mərhum ulu öndərdən sonra hakimiyyətə gələn İlham Əliyevin son 15 ildə yürütdüyü siyasət müasir Azərbaycanın qurucusunun yanılmadığını, öz varisinin bu işi hamıdan daha yaxşı yürüdə biləcəyini sübut etdi. 2003-cü ildən estafeti ulu öndərdən alan İlham Əliyevin bu zamana qədərki siyasətləri şərti olaraq “İqtisadi Dirçəliş” adlandırdığımız proqramı layiqincə yerinə yetirdiyini göstərir. Bu 15 illik mərhələ isə proqramın sadəcə II hissəsidir. Yəni güclü dövlət iqtisadiyyatının infrastrukturunu yaratmaq mərhələsi

Bəs bu mərhələdə hansı nailiyyətlərə imza atıldı?

İlham Əliyevin son 15 il ərzində qarşıya qoyduğu əsas hədəf ölkə iqtisadiyyatının infrastrukturunun yaradılması layihəsi olduğundan, sözsüz ki, onun əsas diqqət yetirdiyi sahələrin başında tikinti sektoru gəlir. Bu 15 il ərzində  Azərbaycanın regional iqtisadi inkişafını təmin etmək üçün yollar, körpülər salındı. SSRİ-nin süqutu ərəfəsində durğunluq keçirən yaşayış binalarının inşası da məhz İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra özünün ən yüksək mərhələsinə qədəm qoydu.

Картинки по запросу İlham Əliyev

Təsadüfi deyil ki, 2003-cü ildə tikinti sektoruna ondan əvvəlki ilə nəzərən 3.4 milyard manat çox investisiya yatırılmışdı. Bu da 5.2 dəfə artım demək idi. Rəsmi statistikalara görə, 2002-ci ildə hər min nəfərə düşən istifadəyə verilmiş mənzillərin sayı 1, yaşayış sahəsi isə 99 kvadratmetr olmuşdusa, bir il sonra müvafiq göstərici 1,7 və 163 kvadratmetrədək artmışdı. Bu, təxminən, bir il ərzində 70 faiz artım  demək idi. On ildən sonra, yəni 2013-cü ildə isə hər min nəfərə düşən yeni istifadəyə verilmiş yaşayış sahəsi 225 kvadratmetrə yüksəlmişdi.

Sözsüz ki, bu inkişaf həm də işçi qüvvəsinin artmasını stimullaşdırmış, minlərlə, onminnlərlə insan özünə çörək tapmışdı. Maaşlar artmış, insanların maddi rifah halları yüksəlmişdi. Təkcə 2003-cü ildə tikinti sektorunda işləyənlərin orta əmək haqqı 55%-dən çox artmışdı. Bu artım həm də digər qeyri-neft sektorlarının inkişafına səbəb olmuşdu. Beləcə, ölkə iqtisadiyyatının çərxi daha sürətli dönməyə başlamışdı.

Biz tikinti sektorundakı bu yüksəlişin digər illərdə də davam etdiyini görürük. Yenə rəsmi statistikalara görə, 2003-cü ildə bütün mənbələr hesabına tikintiyə yönəldilən vəsaitlərin həcmi 2,7 milyard manat idisə, analoji göstərici 2012-ci ildə 15,3 milyard manat (6,5 milyard manat dövlət büdcəsindən) və yaxud  5,7 dəfə artmışdır.

Xüsusilə ölkənin dörd bir tərəfinin bir-birinə bağlayan yolların, körpülərin salınması, regionlara qaz, işıq xətlərinin, su kanallarının çəkilməsi digər iqtisadi sektorların da inkişafına səbəb olmuşdu. Azərbaycanda həyata keçirilən “İpək yolu” layihəsi Bakı-Tiflis-Qars dəmir yolunun açılması başda Çin olmaqla digər ölkələrin də diqqətini çəkmiş, dünya iqtisadiyyatının Azərbaycanda qovuşması perspektivini yaratmışdı. Bütün bunların effektli nəticəsi isə İlham Əliyevin bundan sonrakı hakimiyyəti dövründə - təməlləri Heydər Əliyev tərəfindən atılan “İqtisadi Dirəliş” proqramının 3-cü mərhələsində özünü büruzə verəcək.

Похожее изображение

Məhz mənim bu seçkilərdə İlham Əliyevi dəstəkləməyimin təməl səbəbi də budur: Ulu öndərlə başlayan “Dirçəliş Proqramı”nın yarıda kəsilməməsi.

İlham Əliyevin son 15 ildə həyata keçirdiyi siyasətlər yalnız infrastrukturun yaradılmasıyla da qalmayıb. “Dirçəliş Proqramı”nın 3-cü mərhələsinə aid olan qeyri-neft sektorunun inkişafında da bu müddət ərzində mühüm addımlar atılıb. Bu da Ümum Daxili Məhsulun artmasına səbəb olub. Rəsmi statistikalar Ümumi daxili Məhsulun (ÜDM) dinamikasının 2003-cü ildən 2013-cü ilə qədər 7 dəfəyə qədər artdığını göstərirdi. Bu isə MDB-nin ikinci güclü iqtisadiyyatı hesab edilən Qazaxıstandan belə artıq idi.

Ən əsası isə bu artım yalnız neft sektoru ilə məhdudlaşmır, qeyri-neft sektorunda da özünü göstərirdi. Ekspertlərə görə, 2003-2008-ci illərə qədər ölkə iqtisadiyyatında artım əsasən neft sektorunda baş vermişdisə, 2008-ci ildən başlayaraq, qeyri-neft sektoru ön plana çıxmışdı. Artım dinamikasının qeyri-neft sektoruna keçməsində 2008-ci il qlobal böhranının da rolu olmasına baxmayaraq, hər halda Azərbaycan həmin iqtisadi təlatümdən ən az itki ilə xilas olan ölkələrin başında gəlirdi. Bütün bunlar İlham Əliyevin estafeti ulu öndərdən təhvil aldığı yolda büdrəmədən yeridiyinə işarədir.

Baxmayaraq ki, bu irəliləyiş 2015-ci ildən səngiməyə başlasa da, bunun müvəqqəti hal olduğu ortadadır. Son dövrlər qarşılaşdığımız bu böhranların başlıca səbəbləri, məncə, qlobal iqtisadi böhranla yanaşı, Azərbaycan hakimiyyətinin qeyri-neft sektorunun inkişafına daha çox investisiyalar yatırması, təbii sərvətlərindən asılı ölkə olmaqdan imtina etməyə çalışması və s. amillərdir. İlham Əliyevin siyasi uzaqgörənliyi nəticəsində bu səbəblərdən qaynaqlanan problemlər də böyük ölçüdə aradan qaldırıldı və Azərbaycan onu gözləyən iqtisadi tənəzzüldən qurtuldu.

(Ardı bu linkdə)

photo_81568.jpg (14 KB)

Mürvət Həsənli,
"Xəmsə" MMC-nin sahibi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR