İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

590 08.05.2024 18:07 Ölkə A A

Azərbaycanın COP29 sədrliyi çərçivəsində 6-7 may 2024-cü il tarixlərində Bakı şəhərində BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) ekspertləri tərəfindən Paris sazişinə uyğun olaraq Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin (ETF) əsas komponenti olan İki-illik Şəffaflıq Hesabatının (BTR) hazırlanmasına dəstək məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə təlim keçirilib.


Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29 Baş danışıqçısı Yalçın Rəfiyev tədbirin açılış mərasimində çıxış edərək, tərəf dövlətlərin, o cümlədən Azərbaycanın BTR-ları təqdim etməsinin COP29 sədrliyinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. Bununla əlaqədar o, ölkəmizin müvafiq dövlət qurumlarını qısa zamanda Azərbaycanın BTR-nın hazırlanmasına töhfə verməyə çağırıb.

İki günlük təlim zamanı UNFCCC katibliyinin nümayəndələri ETF-in əsas elementləri, bu sahədə modallıqlar, prosedurlar və təlimatlar, eləcə də BTR-ların hazırlanması prosesində yeni elektron proqram təminatından istifadə ilə bağlı iştirakçılara məlumat veriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR