İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın incəsənət ustaları Polşada - FOTO

656 03.10.2023 16:33 Mədəniyyət A A

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycanın Polşadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan incəsənət ustaları Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında iştirak ediblər.

Bu barədə Musavat.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Nisbət Sədrayeva (xanəndə), Hüseyn Məlikov (xanəndə), Rövşən Qurbanov (tar), Toğrul Əsədullayev (kamança), Rafael Əsgərov (balaban) və Vüsal Bayramovdan (nağara) ibarət olan muğam qrupu festival çərçivəsində konsert proqramı ilə çıxış edib.

Azərbaycan bəstəkar və xalq mahnılarının, eləcə də muğamların yer aldığı rəngarəng proqram polşalı dinləyicilər tərəfindən maraqla qarşılanıb.

WhatsApp Image 2023-10-03 at 16.29.10.jpeg (307 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR