İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanda xristian irsi" sənədli filmi Albaniya Dövlət Televiziyasında yayımlanıb

478 12.04.2024 18:11 Son xəbər A A

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində hazırladığı "Azərbaycanda xristian irsi" sənədli filmi Albaniyanın Dövlət Radio Televiziyasında yayımlanıb.

Musavat.com xəbər verir ki, Mərkəz tərəfindən hazırlanan sənədli filmdə Azərbaycanda yaşayan xristianlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir.

Bildirilir ki, Azərbaycan dövləti Qafqaz Albaniyasının qədim və zəngin tarixinin öyrənilməsi, əsl elmi və tarixi həqiqətlərin üzə çıxarılması, erməni saxtakarlığının ifşası istiqamətində mühüm işlər həyata keçirir.

Sənədli filmdə Azərbaycanda Qafqaz Albaniyasının mədəni irsi, tarixi abidələri və kilsələri haqda bilgilər də yer alır.

Bununla yanaşı, Qafqaz Albaniyasının varisləri olan udilərin müasir yaşam tərzi, dini ritualları göstərilir. Azərbaycanda kilsələrin fəaliyyət göstərdiyi, qədim xristian abidələrinin qorunub saxlanıldığı, ölkəmizin zəngin multikultural dəyərlərə malik olduğu barədə ətraflı məlumat verilib. Vurğulanır ki, Azərbaycan xalqı həmişə başqa millətlərin adət-ənənələrinə, inanclarına hörmətlə yanaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR