İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda suçiçəyinə böyüklərin də tutulma halları artıb

33275 11.06.2015 10:10 Yaşam A A


Son vaxtlar məktəb və uşaq bağçalarında suçiçəyi xəstəliyi geniş yayılıb. Maraqlısı isə budur ki, xəstəlik uşaqlarla yanaşı, böyüklər arasında da yayılmaqddadır. Bəs su çiçəyi xəstəliyi nədir və ondan necə qorunmaq olar?

Tibbi bilgilərə görə, su çiçəyini herpetik viruslardan biri törədir. Ümumiyyətlə, el arasında belə bir söz var ki, su çiçəyi xəstəliyinə tutulmuş insanlar sudan uzaq olmalı, suda yuyunmamalıdırlar, çünki su çiçəyi sudan “qorxur”. 

Xəstəliyinin ilkin əlamətləri qızdırma, narahatlıq, iştahanın və yuxunun pozulması ilə müşahidə edilir. Xəstəlik nəticəsində ağırlaşmalar da meydana çıxa bilir: laringit, otit, bronxit, pnevmoniya hətta sepsis kimi ağırlaşmalara da rast gəlinir. Bu xəstəlik uşaqlıq dövründə çox yüngül, dəridə qaşıntılı, kiçik, yumru suluqlarla müşahidə edilir. Böyüklərdə isə bir qədər ağır keçir. 

Yüngül keçirilən suçiçəyi infeksiyasında suluqların sayı 10-20-yə, ağır keçən xəstəlikdə isə 300-500-ə çatır. Suluqlar zamanla qabıqlanır və təxminən iki həftə içində tökülür. Suluqlar içindəki maye 5-6 günə quruyur və yoluxuculuğu itir. Xəstəlik zamanı gözlərdə və ağız içində də səpkilər ortaya çıxa bilər. Suçiçəyi xəstəliyi 2-3 həftə davam edir. 

Dünyada bu xəstəliyə qarşı peyvəndləmə aparılır. Lakin bizdə, suçiçəyinə görə vaksin tətbiq edilmir. Tibb elmləri doktoru, professor Adil Qeybulla xəstəlik tam müalicə olunmazsa, müəyyən fəsadlar yarada biləcəyini dedi: “İstənilən infeksion xəstəlikdən sonra müəyyən fəsadlar qala bilər. Suçiçəyi də o sıradadır. Əgər bu xəstəlik tam müalicə olunmazsa və sona qədər rejim gözlənilməzsə bu zaman xəstələrdə müxtəlif fəsadlar yarada və ağırlaşmalar ola bilər. Ona görə də su çiçəyi xəstəliyi zamanı yataq rejimi gözlənilməlidir. Xəstəlik zamanı üzdə olan səpkiləri yandırmaq, qaşımaq olmaz. 

Bu zaman üzdə izlər qala bilər. Dəridəki səpgilərə ”brilyant yaşılı" (“zelyonka”) və ya kalium-permanqanat məhlulu (“marqansovka”) sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir. 

Maye qəbulu çox olmalı, orqanizmin möhkəmlənməsinə yönəldilən terapiya və həkim müalicəsi və nəzarəti olmalıdır. Karantin deyilən dövr isə bir həftə olur. Bu dövr ərzində xəstəlik artıq öz əlamətlərini göstərir. Xəstəlik keçirən adamda təxminən bir aydan sonra ömürlük immunitet yaranır".  

Günel MANAFLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR