İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda İLK: Bu klinika beynəlxalq akkreditasiya sertifikatı əldə edib

750 17.04.2024 11:51 Səhiyyə A A

“Bir neçə il əvvəl ilk dəfə icbari tibbi sığortanın tətbiqi ilə bağlı bizə ali rəhbərlik tərəfindən tapşırıq veriləndə tibb müəssisələrində ən geridəqalan sahə elektronlaşma idi. Bu icbari tibbi sığortanın tətbiqində çətinlik yaradırdı”.

Musavat.com xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ABŞ-nin “Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti” (HIMSS) təşkilatı ilə əməkdaşlıq nəticəsində ölkəmizdə ilk dəfə Yeni Klinikanın “HIMSS”-in önəmli yetkinlik modulu hesab olunan “Elektron Tibbi Qeydiyyatın Qəbul Modulu” (EMRAM) üzrə VI səviyyə sertifikasiyanın tələblərinə uyğunluğunun təsdiqlənməsi ilə bağlı keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, bu baxımdan informasiyaların vaxtında çatdırılması vacib idi:

“Elə dövrdə yaşayırıq ki, bütün sahələrdə elektronlaşma gedir. Son 10-15 ildə tibb müəssisələrinin qurulmasına investisiya qoyulub, amma elektronlaşma baxımından geridə qalınırdı. Son 3-4 ildə xüsusən TƏBİB tabeli tibb müəssisələrində elektronlaşma həyata keçirilib. Məndə olan məlumata görə, 1 ay ərzində 1 milyondan çox pasient müraciət edib. Vətəndaşlara 3 milyondan çox xidmət göstərilib. 5 milyondan çox transaksiya həyata keçirilib”.

Tədbirdə həmçinin bildirilib ki, 2 ilə yaxındır ki, HİMSS ilə əməkdaşlıq edilir. Bu, postsovet məkanında Rusiya və Baltikyanı ölkələri istisna olmaqla ilk dəfə Yeni Klinikada həyata keçirilir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR