İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı kiber təhdid: TV Musavatı oğurlayan beynəlxalq şəbəkə haqqında şok məlumatlar

2176 03.03.2023 09:00 Media A A

"Yeni Müsavat" Media Qrupuna aid TV Musavat resursu artıq iki gündür naməlum sayılan hakerlər tərəfindən oğurlanıb.

Musavat.com xəbər verir ki, əvvəlcə TV Musavatın yayınlandığı Youtube platformasına bağlı gmail hesabı, daha sonra isə Youtube hesabımız ələ keçirilib. Bütün proses 9 dəqiqə çəkib. Bu da heyrət doğurmaya bilmir. Üstəlik, bir sıra sualları yaradır: necə olur ki, ciddi qorunma mexanizmi olan googleyə bağlı e-poçt 2-3 dəqiqə içərisində ələ keçirilir? Youtube hesabı da yaxşı qorunur: onun zəbt olunması, daha sonra bütün videoların (8 min video) stoplanması, kanalın adının dəyişdirilməsi və saxta kriptovalyutaların dələduzluq məqsədi ilə reklamının veriliş kimi başladılması ...daha 5 -6 dəqiqə sürür. Parolları, kodları bilən hər hansı əməkdaşımız bu qədər qısa zamanda bütün bu prosesləri etməkdə çətinlik çəkərdi. Yalnız bu fakt sübut edir ki, kifayət qədər peşəkar, qrup şəklində işləyən bir haker heyəti ilə üz-üzəyik. Bu heyət TV Musavat kimi populyar bir resursu iki gündür ələ keçirib və onun fəaliyyətinin dayanmasına səbəb olub.

373e29991065bd942a1d1f81e96e9bf4 (1).jpg (269 KB)

Media Qrupumuzun rəhbəri Rauf Arifoğlu Musavat.com -a deyib ki, haker hücumunun nəticələrini aradan qaldırmaq üçün gecə-gündüz çalışırlar: "DTX, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq idarələri dayanmadan çalışırlar. Bütün proses mənimlə də koordinasiya edilir, gəlinən nəticələrə dair qənaət və məlumatlar bölüşülür. Biz özümüz də ciddi bir fəaliyyət göstərməkdəyik. Bakıdakı heyətə Kanada, İngiltərə və ABŞ -dakı dostlarımız da qatılıb. Google və Youtube mərkəzləri ilə əlaqə saxlamışıq, çoxsaylı yazışmalarımız var. Ciddi bir mərhələ keçmişik. Bu halda proses yavaş irəliləyir, amma biz məsələni, prinsipcə, həll etmişik. Yaxın zamanlarda TV Musavatın geri qayıdacağı mütləqdir. Lakin bu cür problemləri olan kanallar minlərlədir. Bu da gətirib problemli kanalların növbə gözləməsinə çıxarır. Əlimizdən gələn bütün vasitələrlə, məsələni daha sürətli həll etməyə çalışırıq. Düzgün addımlarımız bizi ciddi nəticələrə gətirib, çıxarıb".

hakerler.jpg (35 KB)

R. Arifoğlu deyir ki, haker qrupu Azərbaycanda başqa resurslara da zərər verib: "Mən DTX -nın müvafiq qurumunun fəaliyyətini təqdir edirəm. Bu məsələ ölkəyə kiber təhdid səviyyəsində diqqətə alınıb, araşdırılır. Mənə dedilər ki, iki qrupa dair şübhələr var. Həmin qrupların hansı ölkələrə bağlı olduqları da məlumdur... Bir sözlə, ciddi iş gedir və uğurlu nəticəyə az qalıb".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR