İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtosfer.az saytının 10 yaşı tamam oldu

328 26.04.2024 17:02 Media A A

Avtosfer.az saytı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Jurnalistika və İnkişaf Mərkəzi" İB tərəfindən həyata keçirilən "Peşəkar sürücü; hüquq və vəzifələr» adlı layihə çərçivəsində 11 aprel 2014-cü ildə yaradılıb. İki il əvvəl isə sayt QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yenilənib. Sayt Media Reyesterində qeydiyyatdan keçib və 9 nəfərlik kollektivlə Medianinin İnkişafı Agentliyinin qanun çərçivəsində qarşıya qoyduğu tələblərə uyğun fəaliyyət göstərir.

Saytın əsas məqsədi yol hərəkəti iştirakçılarını maarifləndirməkdir.

Avtosfer.az saytının baş redaktoru nəqliyyat eksperti Elməddin Muradlıdır.

Avtosfer.az 10 il ərzində cəmiyyət üçün faydalı olmağa çalışıb. Əsas istiqamət nəqliyyat sahəsi olsa da ictima, siyasi, sosial, iqtisadi mövzularda da oxucuları maarifləndirib.

Sosial şəbəkələrdə də aktiv hesabları olan Avtosfer.az 3 Facebook, İnstagram, Youtube və telegram kanalları vasitəsi lə oxucuların xidmətindədir.

"Yeni Müsavat" Media Qrupu olaraq saytın kollektivini təbrik edir, fəaliyyətində uğurlar arzu edirik. 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR