İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın “qalstuklu” islamofobları

991 26.01.2024 08:25 Media A A

Azər Hüseynov: “Azərbaycan, türk dövlətləri və regionun digər ölkələri yeni formatlar qurmalıdır”

“AŞ PA-nın Azərbaycana münasibətdə davranışları ilə ASALA terror qruplaşmasının, yaxud siyasiləşmiş terror təşkilatı olan Daşnaksütyunun fəaliyyəti arasında faktiki olaraq fərq qalmayıb”. 

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib. (Azərtac) O qeyd edib ki, daha da təəssüf doğuran məqam, Fransanın Almaniyanı da bu prosesin çirkli iştirakçısına, daha dəqiq desək, Şvabenin timsalında Almaniyanı muzdlu icraçıya çevirməsidir. Nəticədə, 74 il öncə insan hüquqları və əsas azadlıqlarının dəstəklənməsi, vahid səylərlə hərəkət edən və siyasi ənənələrin, idealların, azadlığın və hüququn aliliyinə sədaqət yolu ilə üzvləri arasında böyük birliyə nail olmaq kimi məqsəd müəyyən etmiş Avropa Şurası bu gün neoimperialist məqsədlər üçün alətə çevrilən, işğal, separatizm, ən dəhşətlisi isə terroru müdafiə edən orta əsr təfəkkürlü radikal dini kluba çevrilib. Xüsusən AŞ PA özünü təşkilatın Nizamnaməsi və hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarında nəzərdə tutulan prinsiplərə zidd gedərək bəşəri dəyər olan insan haqları və demokratiya kimi meyarları özünün fəaliyyətində ucuz təsir alətinə çevirən ermənipərəst, islamofob və türkofob dairələrin platforması kimi doğrultmaqdadır" .

Qeyd edək ki, yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək AŞ PA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib. Bəyanatı səsləndirən nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, qərarı təşkilatda olan Azərbaycana qarşı ədalətsiz mövqe, islamofob, azərbaycanofob meyllərlə əlaqələndirib.

Qərbi Azərbaycan İcması da öz bəyanatında qeyd edib ki, Azərbaycana qarşı təxribat AŞ PA-nın islamofob mahiyyətini bir daha üzə çıxardı: “Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı son təxribat bu qurumun səlibçi, islamofob mahiyyətini bir daha üzə çıxardı. Biz buna AŞ PA-nın Ermənistan üzrə həm-məruzəçilərinə qayıdış hüququmuzla məşğul olmaq çağırışı ilə 1 mart 2023-cü il tarixində göndərdiyimiz məktuba cavab verilməyəndə tam əmin olmuşduq.

Ermənistandan olan deputatların AŞ PA-nın anti-Azərbaycan qətnaməsini dəstəkləməsi isə Ermənistanın sülhlə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını göstərir". 

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov 

AĞ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri, siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Avropa təsisatlarından bundan başqa hərəkət gözləmək olmazdı: “Avropa siyasi və insani münasibətlər sistemi mənfəət üzərində qurulub. Sizə bir müqayisə verim. Baxın, İslam Şərqinin fəth anlayışı ilə Qərbi Avropanın işğal anlayışı arasında fərq var. Osmanlı və Səfəvinin fəth etdiyi torpaqlarda hansı xalq dilini itirdi, dinindən zorla döndərildi? 600 illik hakimiyyəti dövründə serblər, xorvatlar, macarlar, albanlar və digərləri öz dilini qorumadımı? Səfəvinin hakimiyyəti, sonra Qacarların hakimiyyəti altında ermənilər, gürcülər, digərləri hamısı öz dilində danışmırmı? İndi görək, Avropa sivilizasiyasının öndərləri keçdikləri yerlərdə ot bitibmi? İspanlar keçən yerdə Əndəlüs qalıbmı? Katalonlar və basklar az qala öz dilini itirsin. İngilislər keçən yerdə irland və şotlandların 90 faizi artıq öz dilini bilmir. Osmanlı Yaxın Şərqdə olanda Fələstin, Suriya, İraq, Liviya xalqları xoşbəxt deyildimi? Osmanlı getdi, bu gün dünyanın gözü önündə Fələstin, Suriya, İraq faciələr yaşamırmı? Səfəvi, sonra Əfşar və Qacarlar Qafqazda olanda erməni problemi var idimi? Bu Avropanın imperialist zehniyyətləri ancaq regionlara yeni ünsürlər köçürüb dərd gətirməyibmi? Bu gün Avropanın qurumları öz xalqları ilə uçuruma səbəb olmayıbmı? Bir xalqın faciəsi Avropada milyonlarla sadə insanın vicdanını oyadıb həmin o AŞ PA-ları, Aİ-ləri hesaba çəkmirmi? Dünyaya LGBT iyrənciliyini qanuniləşdirib təqdim edən, hətta Fransada, digər yerlərdə "ər-ər"ləri nazir edən bu zehniyyət deyilmi? AŞ PA-nın ona görə erməniləri müdafiə etməsi yenilik deyil. Bunların bir çoxunun “vicdan”larında ermənilər hələ də “xaçlılar”ın müttəfiqidir. Dünyanın siyasi düzəni dəyişir. Hər sahədə irqçi avrosentrizm bitməlidir. Biz də zehnimizdən çıxarmalıyıq ki, Avropa institutları dünyanı “xilas edəcək”. Azərbaycan, Türkiyə, türk dövlətləri və regionun digər ölkələri yeni formatlar qurmalıdır. Avropa hələ getsin bataqlığa saldığı Ukraynanı oradan çıxarsın. Dünya dəyişir. Mərkəz dəyişir. Bu, yaradılış alqoritmidir".

Yazını hazırladı: Afaq MİRAYİQ




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR