İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropalı zibildən pul qazanır, biz iydən boğuluruq

934 21.04.2023 08:25 Media A A

Zibil yandıranlar həm cibini, həm canını məhv edir

Yazın gəlişi ilə həyət və bağ evlərində yaşayan insanların yaz təmizliyinə başladıqları, bunun fonunda isə həyət-bacadakı zibilləri yandıraraq ətrafı yanğın yerinə döndərdikləri müşahidə olunur. Az qala hər həyətdən tüstü çıxır, ətrafda nəfəs almaq mümkünsüzə çevrilir və nəticədə atmosfer çirklənir. Halbuki həyata keçirilən bəzi tədbirlər nəticəsində həm zibillərdən qurtulmaq, həm də təmiz hava almaq mümkündür.

Zibil yandırdınsa, kənara atdınsa, cəzan budur - 500 manatdan 1000 manata qədər

Öncə ondan başlayaq ki, bu əməlinizə görə dövlət sizin başınızı tumarlamır. Əksinə, məişət tullantılarını zibil qutularından (urnalardan) kənara atsanız, 50 manat cərimə ediləcəksiniz, İnzibati Xətalar Məcəlləsində qeyd olunur.

Əgər şəhər və rayonların mərkəzlərində zibil qutularının arasındakı məsafənin düzgün olmadığını düşünürsünüzsə, yerli icra qurumlarına müraciət edə bilərsiniz. Əgər qutular qanunla müəyyən edilmiş məsafədən uzaq yerləşdirilibsə, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat cərimə edilə bilər.

Zibilin yandırılması atmosferə zərərli maddələrin atılması hesab olunur və buna görə fiziki şəxslər 7-700 manat məbləğində cərimə edilə bilər. Zibilin yığışdırılmasına görə mənzil istismar idarələri hər ay hər ailə üzvündən 30 qəpik ödəniş toplayır.

Dəmir yolu qatarlarının vaqonlarından zibil, yaxud başqa predmetlər atsanız, 30 manat cərimə edilə bilərsiniz.

Metronu zibilləyənlər və ya metroda hər hansı yerə yazı yazanlara 15 manat cərimə nəzərdə tutulur. Metroda dəmir yoluna hər hansı əşya atmağın cəriməsi isə 30 manatdır.

Əgər dəniz və çay nəqliyyatı gəmilərindən zibil və başqa predmetlər atsanız, 30 manat cərimə edilə bilərsiniz.

Nəqliyyatda cərimələr təkcə sürücülərə aid deyil. İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, magistral yolları zibilləyən sürücülər 40 manat, sərnişinlər isə 30 manat cərimə edilir.

Avtomobil yollarının zibillənməsinə, müxtəlif tərkibli maddələr axıdılmasına, daş, çınqıl, qum və ot tökülməsinə, suvarma, çirkab və kanalizasiya sularının avtomobil yoluna axıdılmasına, yol örtüyünün çirklənməsinə görə fiziki şəxslər 30-50 manat, vəzifəli şəxslər 150-200 manat, hüquqi şəxslər 1500-2000 manat cərimə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nazirliyin əməkdaşları ötən ilin ilk 4 ayı ərzində respublika ərazisində sənaye və məişət tullantılarının idarə olunması qaydalarının pozulmasına görə 273 akt və protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcbur olan 142 müddətli “məcburi göstəriş” verilib.

Qurumdan bildirilib ki, ümumilikdə 36 iş üzrə 33 min manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 34, məhkəmələrə 6 iş göndərilib.

Hindistanda zibil kafesi açılıb - zibil gətir, pulsuz yemək ye...

Hindistan hökuməti burada daha geniş yayılmış zibil çeşidlərindən biri olan plastik tullantıların qarşısını almaq üçün maraqlı bir addım atıb. Ölkənin Ambikapur şəhərində zibil kafesi açılıb. Oraya gələnlər plastik zibilləri yeməyə dəyişirlər. Bu kafedə nahar eləmək üçün bir kiloqram plastik tullantı vermək yetərlidir, səhər yeməyi isə yarım kiloqram plastik qaba başa gəlir.

Yerli hakimiyyətin fikrincə, bu üsulla həm şəhərdəki zibilliyi aradan qaldırmaq, həm də aclıq problemini həll etmək mümkündür. Hətta Hindistanda plastik tullantılardan istifadə etməklə bir neçə avtomagistral da qurulub. Bildirilir ki, belə yol örtüyü keyfiyyətinə görə asfaltdan daha uzunömürlüdür.

Artıq tullantılardan dünyanın müxtəlif ölkələrində həm də alternativ enerji mənbəyi kimi də istifadə olunur. Hətta bir çox dövlətlərdə bu sahəyə olan yatırımlar artmaqdadır.

Yaponiya, Koreya kimi ölkələrdə utilizasiya olunmuş zibilin hər tonuna görə dövlət şirkətə pul ödəyir və bundan əlavə, həmin zibildən enerji istehsal olunursa, bu enerjini xüsusi tariflərlə alır. Həmin ölkələrdə karbon vergisi mövcuddur. Buna görə də onlar havaya buraxdıqları karbon-dioksidin hər tonuna görə dövlətə əlavə ödəniş edirlər.

Zibilləri idarə etmək üçün dünya qədər pul - faydası varmı?

Amma paytaxtda bu işə nəzarət edən bir zavod da var.  Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində inşa olub.

Təkrar emal (recycle) nədir, təkrar emalın əhəmiyyəti. - Caspian Cable

Dünya Bankının məlumatlarına nəzər yetirək. Bu qurumun 2013-cü ilə dair hesabatına görə, bu gün Azərbaycana Bərk Tullantıların Vahid İdarə olunması layihəsi üçün əlavə maliyyə olaraq 47.1 milyon ABŞ dolları həcmində kredit ayrılıb. Dünya Bankının məlumatında qeyd olunur ki, 3 milyon insanın yaşadığı Bakıda illik olaraq 1.8 milyon ton bərk zibil tullantısı olur. Bu rəqəmin növbəti 20 il ərzində ikiqat artacağı proqnozlaşdırılır.

Hazırda bütün dünyada zibilin yandırılması deyil, daha çox təkrar emalı və basdırılmasına üstünlük verilir. Son illərdə beynəlxalq ekoloqji təşkilatların səyləri nəticəsində Avropa Birliyi ərazisində analoji zavodların tikintisi demək olar ki, tam dayandırılıb. Hətta MDB ölkələrinin bir çoxunda da  belə layihələr ictimai narazılıqlar nəzərə alınmaqla icra olunmur. Məsələn, 2008-ci ildə Moskva meriyası şəhərdə 6 zibilyandırma zavodunun inşası barədə qərar qəbul etsə də, yerli və beynəlxalq QHT-lərin mübarizəsi nəticəsində onun icrası dayandırılıb.

Təkrar emalın əhəmiyyəti nədir? 1001 idea

Avropada zibilyandırma zavodları (ZYZ-lər) var, özü də kifayət qədər çox sayda -  400-dək. Lakin onlar 10 illər əvvəldən tikilib və ondan bəri Avropa Birliyində zibilə münasibət tamamilə dəyişib. İndi əsas prioritet zibilin emalıdır. O zavodlar tikiləndə Avropada zibilin 40 faizi emal olunurdusa, indi bu rəqəm 80 faizə çatıb. Almaniya və İsveçrədə isə bu rəqəm 90 faiz təşkil edir. Yalnız emalı mümkün olmayan və yanmaya yararlı tullantılar yandırılır. Buna görədir ki, artıq Avropada ZYZ-lər tikmirlər, son 5 ildə 200 belə zavod bağlanıb, mövcud zavodların böyük əksəriyyəti isə yarı gücü ilə işləyir. Məsələn, İsveçdəki zavodlar Norveç, Danimarka, Hollandiya və Almaniya kimi qonşu ölkələrdən gətirilən zibili yandırmaqla məşğuldur. Fransada mövcud olan 127 ZYZ-də ildə 12,3 milyon ton zibil yandırılır ki, bu da ölkədə meydana gələn zibilin heç 15 faizinə belə çatmır. Belə zavodların tərəfdarları tez-tez Parisdəki, Vyanadakı zavodları önə çəkirlər. Məsələ burasındadır ki, Parisdə zavodlar bilavasitə şəhərin özündə deyil, onun hüdudlarından kənarda yerləşən Böyük Paris adlandırılan əyalətdədir. Vyanada isə zavodun sahibi olan şirkət və hökumət artıq iki dəfə ekoloqların iddiası üzrə ağır məhkəmə çəkişməsinə məruz qalıb. Hər dəfə prosesi uduzan müəssisədə ekoloji tələblər daha da sərtləşdirilib. Nəticədə zavodu həmin tələblərə uyğunlaşdırmaq üçün dövlət büdcəsindən hər il 10 milyonlarla avro ayrılır. Bu zavodda 1 ton zibilin yandırılması 123 avroya başa gəlir ki, bunun da 32-si ətraf mühitə təsirlərin azaldılması tədbirlərinə sərf olunur

 

Hazırladı: Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR