İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Liqası: "Qarabağ" mübarizəni dayandırdı VİDEO

7848 15.03.2024 01:20 İdman A A

İlk yayın vaxtı 00:01

 "Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Azərbaycan çempionu Almaniyada "Bayer 04"ün qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2.

"Köhlən atlar"da 58-ci dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Olavio Juninyo fərqləniblər. 62-ci dəqiqədə Ağdam klubunda Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

72-ci dəqiqədə Leverkuzen təmsilçisində Ceremi Frimponq fərqi azaldıb. 90+3-cü dəqiqədə Patrik Şik hesabı bərabərləşdirib. Çexiyalı hücumçu 90+8-ci dəqiqədə isə qələbə qolunu vurub.

Bakıdakı ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" turnirlə vidalaşıb.

***

“Bayer 04” Almaniyada “Qarabağ”a qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda hesabda irəli çıxır.

Ev sahibləri 90+6-cı dəqiqədə hesabda irəli çıxırlar - 2:3. 

***

 
"Qarabağ"ın ilk qolu
 
"Qarabağ"ın ikinci qolu
 
 

“Bayer 04” Almaniyada “Qarabağ”a qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda hesabı bərabərləşdirib.

Ev sahibləri 90+3-cü dəqiqədə bərabərlik qolunu vurublar - 2:2.

***

"Bayer 04" Almaniyada "Qarabağ"a qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda fərqi azaldıb.

72-ci dəqiqədə meydan sahiblərində Ceremi Frimponq fərqlənib.

Hazırda Azərbaycan çempionu 2:1 hesabı ilə öndədir.

***

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qarabağ” komandası hesab fərqini artırdı.

Oyunun 67-ci dəqiqəsində Juninyo hesab fərqini iki qola çatdlırıb - 0:2. 

***

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qarabağ” komandası hesabı açıb.

Oyunun 58-ci dəqiqəsində Zubir fərqlənib - 0:1. 

***

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Hazırda matçda hesab açılmayıb.

***

Almaniyada “Bayer 04” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Bayer 04” - “Qarabağ” oyunu başlayıb.

Qarşılaşma Leverkuzen şəhərindəki “BayArena” stadionunda keçirilir.

Xatırladaq ki, ilk matçda heç-heçə qeydə alınmışdı - 2:2.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR