İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı qanunsuz yolla əldə olunan var-dövlətin müsadirəsini nəzərdə tutan direktivi təsdiqlədi

464 19.04.2024 20:01 Dünya A A

Avropada cinayət yolu ilə əldə edilən “izah edilməyən” sərvətin müsadirəsini nəzərdə tutan direktiv təsdiqlənib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Avropa Şurası və Aİ Şurasının qanunvericilik bazasında yerləşdirilib.

Sənədə əsasən, ittifaqa üzv ölkələr qeyri-qanuni yolla əldə edilmiş əmlakın müsadirə olunmasına icazə verməlidir. Milli məhkəmələr müsadirə haqqında qərar qəbul edərkən işin bütün hallarını, sübutları və faktları, o cümlədən “əmlakın dəyərinin şəxsin qanuni gəlirinə əhəmiyyətli dərəcədə qeyri-mütənasib olması” faktını nəzərə almalıdırlar.

Məhkəmə orqanları işə baxarkən müsadirənin xeyrinə olan amilləri, məsələn, əmlakın əldə edilməsinin qanuniliyini təsdiq edən sübutların olmaması və şəxsin cinayət təşkilatı ilə əlaqəsini nəzərə almalıdır.

Bununla belə, təkcə bəzi cinayətlərin sübutu müsadirə üçün əsas ola bilməz, bundan ötrü sübut olunmalıdır ki, pul vəsaitləri və ya əmlak “əhəmiyyətli iqtisadi fayda gətirə bilən” cinayət əməlləri nəticəsində əldə edilib.

Avropa İttifaqının qanunlarına görə, direktiv birbaşa qüvvəyə malik deyil, dövlətləri öz qanunvericiliyində dəyişiklik etməyə məcbur edir. Eyni zamanda sənəddə qeyd olunur ki, Aİ üzvləri “digər cinayətlər və ya şəraitlə əlaqədar” izah olunmayan sərvətlərin müsadirə edilməsi üçün müstəqil tədbirlər görə bilərlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR