İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT PA-nın xüsusi nümayəndəsi köçkünlərlə görüşüb

537 25.09.2017 15:31 Son xəbər A A

ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfəri çərçivəsində Masazırda məcburi köçkünlərlə görüşüb.

Trend-in məlumatınba görə, xüsusi nümayəndə məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub, onlarla söhbət aparıb.

K.Vigenin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini bildirib:

"Münaqişənin sülh yolu ilə həlli üçün əlimizdən gələni edəcəyik.

Qeyd edək ki, ATƏT PA-nın xüsusi nümayəndəsi sentyabrın 24-dən 30-a qədər Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. K.Vigeninin Azərbaycanda Xarici İşlər Nazirliyində, Milli Məclisdə və digər qurumlarda görüşlər keçirəcəyi nəzərdə tutulur.

Səfər zamanı xüsusilə də uzun müddət davam edən münaqişələrin Cənubi Qafqaz regionunda yaşayan insanların həyatına təsiri məsələsi nəzərdən keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR