İnsanlara hürriyət, millətlərə istiqlal!

Atatürkün həyatından bəhs edən film Bakıda...

766 11.10.2023 16:55 Mədəniyyət A A

Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən “Zübeydə, Analar və Oğullar” filminin Bakıda qala gecəsi baş tutacaq.

Musavat.com xəbər verir ki, filmdə baş rolları aktrisa Aslıhan Güner Kılıç, Emre Kınay, Turgay Tanülkü və Alican Yücesoy canlandırıb.

Ssenari müəllifi Murat Arslan olan “Zübeydə, Analar və Oğullar” filmi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə Zübeydə xanım arasındakı münasibətdən, Mustafa Kamalın liderlik hekayəsindən bəhs edir.

SELCUK.jpg (59 KB)

Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç bildirib ki, “Zübeydə, Analar və Oğullar” filmi Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub:

“Film Türkiyənin ümummilli lideri Atatürkün verdiyi mübarizələrdən, Türkiyə Cümhuriyyətinin hansı şəraitdə qurulduğundan, Atatürk və anası Zübeydə xanımdan bəhs edir”.

Atatürkü və anası Zübeydə xanımı dəqiq təsvir edən bir film olduğunu deyən Selçuk Karakılıç bunun Atatürkü və onun mübarizəsini yenidən anlamaq üçün bir fürsət olduğunu qeyd edib.

S.Karakılıç azərbaycanlı sənətsevərləri, Türkiyə tarixini və Atatürkün hekayəsini öyrənmək, bilmək istəyən universitet tələbələrini, Türkiyə ilə əlaqə yaratmaq istəyən bütün Azərbaycan xalqını filmə baxmağa dəvət edərək, Atatürkün mübarizəsinin Azərbaycan xalqına nümunə olacağını bildirib. 

Qeyd edək ki, “Zübeydə, Analar və Oğullar” oktyabrın 12-də Bakıda bütün kinoteatrlarda yayımlanacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR