İnsanlara hürriyət, millətlərə istiqlal!

Astarada dəhşətli yol qəzası: Bir ailənin üç üzvü yanaraq öldü

1022 01.04.2024 22:09 Hadisə A A

Astarada dəhşətli yol qəzasında bir ailənin üç üzvü yanaraq ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun 201-ci km-də, rayonun Ərçivan kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Şiyəkəran kənd sakini Mirzəmməd Elman oğlu Əliyevin idarə etdiyi "BMW" markalı minik avtomobili Rusiya Federasiyası vətəndaşı olan Maqammedemin Abdullaşevə məxsus iritonnajlı yük maşınına çırpılaraq alışıb. Nəticədə minik avtomobilin sürücüsü, onun həyat həyat yoldaşı 22 yaşlı Fərqanə İlham qızı Əliyeva və övladı 3 yaşlı Gülxanım Mirzəmməd qızı Əliyeva yanaraq ölüblər.

Hadisə yerinə FHN-nin Astara rayon Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi, FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR