İnsanlara hürriyət, millətlərə istiqlal!

Aslan İsmayılov “Sumqayıt prosesi”ni ermənilərin planına necə uyğunlaşdırdı – Mürvət Həsənli yazır

5661 10.09.2018 17:54 Gündəm A A

Sosial şəbəkələrdə bir tendensiya müşahidə olunmaqdadır: abırsız adamların abrına sığınanları mənəvi terroru! Klassik terrorçular başlarına maska keçirir, sosial şəbəkə terrorçuları isə trolların altında gizlənirlər. Belə trol yığınına rəhbərlik edən və ifrat abırsızlığı ziyalı adamlara qarşı silaha çevirmişlərdən biri də Krasnodar universitetinin uğursuz məzunu Aslan İsmayılovdur. Niyə uğursuz? Ona görə ki, bütün çıxışları hüquqi nihilizm, ziddiyyətlərlə doludur. Abırsızlıq və demaqogiya, faktları öz xeyrinə təhrif etmə, nəhayət, özünün əsl simasını gizlətmək üçün populizmdən geniş istifadə onun ən sevdiyi üsullarıdır. Başa düşür ki, şantaj və qısnamaya, böhtana görə bir gün hüquq-mühafizə orqanları qapısını döyəcəklər. Ona görə də özünü “xalq müdafiəçisi”, “xalq adamı” kimi təqdim etməyə çalışır ki, “ilişəndə” özünü siyasi qurban kimi təqdim edə bilsin. Bu cinayətkar və casusların özlərini sığortalamaq üçün “jurnalist” və yaxud “keşiş”, “din adamı”, “milli azlıq nümayəndəsi”, “hüquq müdafiəçisi” adları altında fəaliyyət göstərməsi nümunələrindən biridir. Biz həm öz ölkəmizin, həm də qardaş Türkiyədə baş verənlərin nümunəsində bunları çox görmüşük. Bütün xalqların folklorunda da cüzi fərqlərlə belə bir atalar sözü var: “Gözəl sözlər pis əməlləri ört-basdır etmək üçündür”. Bu atalar sözü yalançı hüquqşünas, yalançı hüquq müdafiəçısı, saxta vəkil, onun istədiyini verməyənləri sosial şəbəkə vasitəsilə şantaj edən, nəhayət, “yalançı aslan” Allahverdi İsmayılovun tam mahiyyətini ifadə edir.

Aslan İsmayılovun “Sumqayıt prosesi”ndəki missiyası

Ancaq bu dəfə mən onun Sumqayıt hadisələrinin istintaqındakı rolundan yazacam. O ilk dəfə müəmmalı şəkildə məhz Sumqayıt hadisələrinin istintaqında peyda olub. Qəribədir ki, Krasnodardan Bakıya gələn kimi dərhal birbaşa Moskvanın nəzarətində olan “Sumqayıt prosesi”ndə dövlət ittihamının müdafiəsi məhz ona tapşırılır. Halbuki, Sumqayıt hadisələrinin səhəri gün şəhərin prokuroru İsmət Qayıbov cinayət işi açmışdı. Amma Moskvadan gələnlər onu işdən kənarlaşdırdılar. Sonra işə prokuror kimi Azərbaycana yenicə gəlmiş Aslan İsmayılov təyin olundu. Nə üçün axı Moskva A.İsmayılova İ.Qayıbovdan və yaxud da Sumqayıtı və ölkəni daha yaxşı tanıyan bir başqasından daha çox etibar edirdi? Halbuki, Sumqayıtın prokuroru kimi İ.Qayıbov şəraitə daha yaxından bələd idi və istintaqa daha çox xeyir verə bilərdi. Bu sualın cavabı təbii ki, qaranlıq deyil. O, Sovet Moskvasının daha etibarlı adamı kimi seçilmişdi. Həm də məhkəmə prosesi göstərir ki, onun missiyası işi dərindən araşdırmamaq, kölgədə qalan şəxslərin və hadisələrin araşdırılmasında dərinə getməmək, təşkilatçıları axtarmamaq, Qorbaçovun, Moskvanın və erməni diasporunun tələbini yerinə yetirmək. Bəs Qorbaçov nə tələb edirdi: istintaqı “xuliqan elementlərin işi” kimi tez bağlamağı.

Ermənilər nə tələb edirdi: birincisi, cəzanın sərt olmasını və azərbaycanlılara da ölüm hökmü verilməsini, ikincisi, elə ittihamın irəli sürülməsinə çalışırdılar ki, günah məhz azərbaycanlıların üzərində qalsın və onlar “azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməz” iddiası ilə Dağlıq Qarabağı Azərbaycanda ayırmağa nail olsunlar. Amma iş dərindən araşdırılar və təşkilatçılar üzə çıxardısa, onda ermənilər və Moskvadakı havadarları, onların Qarabağla ilgili planları ifşa olunardı. Odur ki, məhz Aslan İsmayılov prokuror təyin olundu və “işə” başladı. Təşkilatçılar axtarılmadan, qaranlıq məqamlar araşdırılmadan yarımçıq iş Aslan İsmayılov tərəfindən məhkəməyə təqdim olundu.

Bu məqamla bağlı Aslan İsmayılovun ziddiyyətli çıxışları var. Məsələn, kitabında yazır ki, guya o məhkəmədəki çıxışı zamanı işin tam araşdırılmadığını və təşkilatçıların tapılmadığını iddia edib. Amma deyəsən sonralar anlamağa başlayıb ki, məhkəmədəki çıxışını itirməklə anti-milli fəaliyyətini ört-basdır edə bilməyəcək. Axı bütün proses haqda sənədlər ortadadırsa yalnız bir çıxışın oğurlanması (bu barədə konkret aşağıda) ilə hamını aldatmaq olmaz. Mendeleyev cədvəlindəki kimi məlum elementlərə əsasən hələ məlum olmayanların tərkibini müəyyənləşdirmək mümkündür axı. Odur ki, A.İsmayılov yeni müsahibələrində artıq kitabdakı iddialarını təkzib edərək guya ondan işin yarımçıq şəkildə məhkəməyə çıxarılmasını Respublika Prokurorluğunun rəhbərliyi tələb edibmiş. A.İsmayılov bəs deyir və yazırdınız ki, guya ailənizi, özünüzü zərbə altında qoyaraq Qorbaçova, KQB-yə, az qala bütün SSRİ-yə qarşı gedib işi başa çatdırmağı tələb etmisiniz.

Bir tərəfdən iddia edir ki, onun Sumqayıt hadisələri ilə bağlı məhkəmədəki davranışı hüquqa və milli maraqlara uyğun olub, o biri tərəfdən də Turan agentliyinin əməkdaşı Tapdıq Fərhadoğluna (Obyektiv TV) verdiyi müsahibədə o zamankı Baş Prokuror İlyas İsmayılovu günahlandırır, məsuliyyəti onun üzərinə atır: “Mən Baş Prokurorluqda rəhbərliyə (adını çəkməsə də Baş Prokuror İlyas İsmayılov idi) dedim ki, məhkəmədə deyəcəm ki, iş saxtalaşdırılıb, bu iş Azərbaycan xalqına qarşı təxribatdır, təşkilatçılar gizlədilib. Qriqoryana da ölüm hökmü istəyəcəm. Dedilər ki, 15 ildən artıq heç kimə iş vermək olmaz. Mənə Baş Prokurorluğun rəhbərliyi dedi ki, sənin başın xarab olub? Sən DTK-nın, SSRİ Baş Prokurorluğunun əleyhinə çıxış etmək istəyirsən? Mən də dedim ki, yaxşı mən hər şeyi siz deyən kimi edəcəm. Amma məhkəmədə Qriqoryana ölüm hokum istədim”. (Xatrılatma: Sərt cəzalar erməni diasporunun tələbi idi. Mocskvada Əhmədova da onların təzyiqi ilə ölüm hökmü çıxarılmışdı).



(Dəqiqə: 14.30 – 17.30)

Şərh: Əvvəla, A.İsmayılov kitabında yazır ki, bu sözləri məhkəmədə, yekun çıxışında deyib. Amma, Obyektiv TV-yə müsahibədə deyir ki, bunu Baş Prokurorluqda bildirib və ona belə çıxışı qadağan ediblər və o da deyilən kimi edib. Bəs iddia olunan qəhrəmanlıq, kitabda iddia edilən çıxış harada qaldı? Başqa tərəfdən, o Baş Prokurorluqda bu söhbəti kiminlə etdiyini nə üçün gizlədir? Nəhayət, bu fikirləri o konkret olaraq kitabında yazdığı kimi məhkəmədə, yoxsa prokurorluqda səsləndirib?

İkincisi, bir daha işin tam hazır olmadığını iddia etdiyi halda hansı səbəbdən ölüm cəzası da daxil olmaqla hökmlər tələb edirdi?

Çox mühüm bir məqam:
iştirakçılara, əsas içraçıya ölüm hökmü veriləndən sonra təşkilatçıları kimin köməyi ilə axtarmağı “tələb etmişdi”. Bu nə məntiqdir? Bu iddiaya inananlar kimlərdir?

Nəhayət, Aslan İsmayılovun məhkəmədəki mövqeyini sübut edə biləcək mühüm sənədlərdən biri də onun çıxışının stenoqramıdır. Amma artıq qeyd edildiyi kimi, bütün sənədlər toxunulmaz qaldığı halda yalnız Aslan İsmayılovun çıxışı sənədlərin arasından müəmmalı şəkildə yoxa çıxıb.

Aslan İsmayılovun məhkəmədəki çıxışı necə yoxa çıxdı?

Və yaxud dövlət orqanları tapa bilmədiyi halda o istintaq materialların yerini haradan bilirdi?

A.İsmayılovun məhkəmədəki ittiham çıxışı itib. Bu yeganə sənəddir ki, yoxa çıxıb. A.İsmayılovun bu sənədin yoxa çıxmasında iştirakı olduğunu ciddi əsaslar var. Əvvəla, o kitabında və başqa çıxışlarında həmin çıxışa istinad edib özünü qəhrəman kimi göstərməyə çalışsa da indiyə qədər bir dəfə də həmin çıxışı dərc etmək haqda Respublika Prokurorluğuna müraciət etməyib və bunu tələb kimi qoymayıb. Deməli, hansısa səbəbdən bu barədə danışmaqdan çəkinir. Axı həmin sənədi işin arasından kiminsə yardımı ilə götürmüş olmalıdır. Bu məsələnin üstünə getməklə öz tərəfdaşını zərbə altına qoymuş olardı. İkincisi, Aslan İsmayılov dəfələrlə bəyan edib ki, dövlət orqanları istintaq materiallarını uzun müddət tapa bilmirdilər və güman edirdilər ki, onlar Moskvaya aparılıb. Məhz Aslan İsmayılov onlara deyib ki, materialları Sumqayıt prokurorluğunun zirzəmisində axtarsınlar. Deməli, Aslan İsmayılov materialların harada olduğunu bilirmiş. Bəs niyə 22 ildən sonra bu məsələni qaldırmaqda israrlı oldu. Axı 22 il idi ki, onu Sumqayıt hadisələrinin istintaqında antimilli mövqe tutmaqda ittiham edirdilər. Ona görə ki, o artıq sənədlərə əl yetirə və öz çıxışını oğurlada bilmişdi. Məhz bundan sonra kitab yazıb məhz artıq işin içində olmayan ittiham aktına istinadən özünü “qəhrəman” elan edir. Onun özünə haqq qazandırmaq üçün yeganə istinad nöqtəsi həmin ittiham çıxışıdır. O da ortalıqda yoxdur.

Bir daha təkrar edirəm: sənədlərin yerini hakimiyyət orqanlarına məhz Aslan İsmayılovun deməsi sübut edir ki, o bu sənədlərə istintaq orqanlarından əvvəl çata və kiminsə köməyi ilə ona əl gəzdirə bilib.

Ancaq onun antimilli mövqe tutaraq adamlara ifrat cəza tələb etməsi, işi Moskvanın göstərişi ilə tez bağlamağa çalışması, bununla da təşkilatçıları ört-basdır etməsi prosesin gedişində aydın olur. Bunun üçün ittiham aktının ortalıqda olmasına ehtiyac yoxdur.

Görünür A.İsmayılov Krasnodar Universitetinin üzqarası olduğu üçün əlahəzrət məntiqin onu ifşa edə biləcəyini unudub. Məntiq isə istintaqçı və hüquqşünas üçün çox vacibdir. Bəs məntiq nə deyir: aydındır ki, Aslan İsmayılov tam araşdırılmamış, yarımçıq iş üzrə müttəhimlərə ölüm hökmü də daxil olmaqla yüksək cəzalar istəyib. Bu fakt ittiham aktı olmadan da məlumdur. Bu fakt A.İsmayılovun “mən çıxışımda istintaqın başa çatdırılmadığını dedim” iddiası ilə ziddiyyət təşkil edir.

Картинки по запросу aslan ismayılov

İstintaqın yarımçıq olması prokurorun məsuliyyətidir, Aslan İsmayılov!

Axı “istintaq tam başa çatmayıb” deməklə, paralel olaraq işdə ittiham olunanlara ən yüksək cəza istəmək bir araya sığmır. Başa çatmamış, tam araşdırılmamış, işin təşkilatçıları tapılmamış icraçılara necə ölüm də daxil olmaqla yüksək cəzalar istəmək olar? Bu hüquqşünas məntiqidirmi? İndiyə qədər bu ölkədə bir hüquqşünas bu adama bunu niyə irad tutmur?

Bu məqamla A.İsmayilovun ikinci məntiqsizliyi və adi hüquqi qaydaları bilməməsi, və yaxud da insanları aldatması üzə çıxır. Yenə onun kitabında qeyd etdiyi “mən ittiham çıxışında işin başa çatmadığını, qaranlıq məslələrin qaldığını və araşdırmanın davam etdirilməsini tələb etmişdim” fikrinə qayıdaq. Hər kəs bilir ki, işi tam araşdırıb başa çatdırmaq, ittiham olunanların günahının dərəcəsini və cəzasının nədən ibarət olduğunu müəyyənləşdirmək məhz prokurorun işidir. Prokuror bütün bunları hazır edib, əmin olduqdan sonra məhkəməyə müraciət edir ki, mən işi tam araşdırmışam və məhkəməyə təqdim etməyə hazıram. Aslan İsmayılov isə prokuror ki, işi məhkəməyə təqdim edib. Məntiqlə o işin tam araşdırıldığına əmin olduğu üçün bunu edib. Bəs indi hansı əsasla əksini iddia edir? Ona daha bir sual ortaya çıxır: əgər iş tam araşdırılmamışdısa nə üçün onu məhkəməyə təqdim etmişdi?

Təşkilatçıları qəsdən gizlətmək üçünmü?

Azərbaycana qarşı məkrli siyasi planları ört-basdır etmək üçünmü? Belə görünür ki, BƏLİ!

Yaxud: işin araşdırılmamış qaranlıq məqamlarını-təşkilatçılarla və b. nə üçün məhkəməyə qədər araşdırmamışdı? Belə çıxmırmı ki, təşkilatçılar da daxil olmaqla qaranlıq məqamları elə Aslan İsmayılov məhkəməyə qədərki istintaqda ört basdır edib? Axı qaranlıq məqamlara və yarımçıq araşdırmaya görə məsuliyyəti məhz prokuror kimi Aslan İsmayılov daşıyırdı. Odur ki, A.İsmayılovun ittiham aktında kitabında yazdığı kimi “işin yarımçıq olması” haqda iddiası o zaman məhkəmədə gülüş doğurardı. Elə indi də qanan adamlarda gülüş doğurur.

A. İsmayılov Sumqayıt hadisələrinin araşdırılması üzərində inhisara nail olmaq istəyir

Əvvəla, o ümid edir ki, heç kim Sumqayıt hadisələri haqda araşdırmaları oxuyub onun antimilli fəaliyyətini üzə çıxarmaq üçün aylarla vaxt sərf etməyəcək. Elə buna görə də belə arxayınlıqla yalanlar danışır. Eyni zamanda onu ifşa edə biləcək adamlara da profilaktlik tədbir kimi hücum edir ki, ifşa olunanda özünü qərəzə məruz qalmış kimi sığortalasın. Bu adam ifşa olunacağından qorxduğu üçün Sumqayıt hadisələrini araşdıranları mənəvi terrora məruz qoyur, bu mövzu ətrafında hakim fikrin yalnız ona məxsus olduğu, onun versiyasının mütləq həqiqət olduğu fikrini formalaşdırmağa çalışır. O bu mühüm tarixi hadisəni təhrif edərək öz şəxsi maraqlarına uyğunlaşdırdığı memuarını elmi əsər kimi təhsil sisteminə daxil etdirməyə çalışsa da buna nail ola bilmir və qeyzlənərək daha sanballı alternativ elmi araşdırmalar aparanlara saxta ittihamlarla hücum edir. Memuarı isə narsizm, özünəvurğunluq elementləri ilə dolu olan özünü tərif, şəxsi problemləri olan adamlara böhtan atılmasından ibarətdir. Həm iddiaların heç biri konkret sənəd və sübutlara söykənmir, yalnız özünün şəxsi mülahizələridir. O Azərbaycan xalqının başına gətirilmiş sonrakı bəlaların başlanğıcı olmuş mühüm tarixi hadisə olan Sumqayıt təxribatı üzərində inhisarına ciddi cəhdlə çalışır, söyüşür, isterika qaldırır. Axı niyə bu qədər canfəşanlıq edir? Deməli, nəyisə ört –basdır etməyə çalışır. Axı inhisarçı olmağa iddia məhz hansısa “arzuolunmaz məqamların” üzə çıxmasının qarşısını almaq üçün ola bilər. Mövzu üzərində inhisar yalnız əsl həqiqətin gizlədilməsinə xidmət edə bilər, üzə çıxmasına deyil.

İki zidd mövqedən biri məlumdursa, artıq ikincini tapmaq çox asandır

A.İsmayılov məhkəmənin hakimi Mənsur İbayevə hücum edir və bəlli olur ki, onların bu işdə mövqeləri bir-birinə zidd olub. Belə olan halda biz A.İsmayılovun məhkəmədəki indi “itmiş çıxışı”nın məzmunu haqda məntiqi nəticə çıxara bilərik. Mənsur İbayevin çıxardığı qərarda deyilir: “işdə qaranlıq məqamlar var. İş tam araşdırılmayıb. İbtidai istintaqa qaytarılsın və araşdırılsın”. (sənədin surəti İbrahim Məmmədovun kitabında var) İbayev eyni zamanda karyerası ilə riskə gedərək ölüm hökmlərini və yüksək cəzaları ləğv edir, başqa, daha yüngül cəzalarla əvəzləyir. Belə olan halda M.İbayevə əks mövqedə durmuş A.İsmayılovun mövqeyini müəyyənləşdirmək məgər çətindir? Məntiqi nəticəyə görə onlar əks mövqelərdə durduqları üçün Aslan İsmayılovun çıxışındakı tələblər Mənsur İbayevin çıxışının tam əksi, yəni belə olub: “işdə qaranlıq məqamlar yoxdur. İş tam aydınlaşdırılıb. Günahlar sübut olunub və cəzalar müəyyənləşdirilib. Ölüm hökmü, Ölüm hökmü və s”. Holms demişkən: “Eto je elementarno Vatson!” İki zidd mövqedən biri məlumdursa, artıq ikincini tapmaq çox asandır. İkinci, məchul mövqe təbii ki, birinci məlum mövqenin güzgüdəki əksidir. Elə deyil, Şerlok Holms, doktor Vatson, komissar Meqre və Martin Lüter Kinq, nəhayət, Allahverən Aslan-beşi birində?

A.İsmayılov riyakardır. O, indi də yardım üçün müraciət etdiyi Eynulla Fətullayev həbsdə olarkən Avropa məhkəməsinə göndərilmiş sənədi Azərbaycan dilinə tərcümə edərək gizli şəkildə müxtəlif instansiyalar ötürür və əvəzində hakimiyyətə yaxın adamlardan ona Milli Məclisə seçilməsinə yardım göstərməyi xahiş edirdi. A.İsmayılov bir dəfə MM-in üzvü Siyavuş Novruzova sataşanda belə məqamlardan biri üzə çıxdı. Siyavuş Novruzov ona cavab verdi: “Aslan İsmayılov əgər susmasan, mənə zəng edib dediyin sözləri Azərsell-dən alıb qəzetdə stenoqramını dərc edəcəm”. Təbii ki, Aslan İsmayılov o gündən Siyavuş Novruzovun ünvanına bir kəlmə də səsləndirməyib. Yəni tələb olunduğu kimi edib: SUSUB! Deməli, üzdə bir, arxada başqalaşmanın ifşasından qorxdu.

Mən onun əsl adının Allahverdi olduğunu, ancaq sonra Krasnodarda adını dəyişib Aslan qoyduğunu öyrənəndə bunun səbəbi haqda düşündüm. İndi başa düşürəm ki, bu hadisə onun mahiyyətini ortaya qoyan nümunələrdən biridir. Bu adama Krasnodarda başa salıblar ki, atasının qoyduğu, müsəlmanların “Allah” adlandırdığı tanrının onun adında əks olunması SSRİ-də, Rusiyada karyera etməsi üçün maneədir. O bu adla dövlət strukturlarında arzusunda olduğu yüksəklərə qalxa bilməyəcək. Həm də Krasnodarda ermənilər çoxdur və Allahverdi adı da onun məhz azərbaycanlı olduğunu büruzə verən aşkar koddur. Ancaq “Aslan” adı tatar, Dağıstanlı, kürd və s. millətlərdə də var. Odur ki, məhz “Aslan” versiyasının üzərində dayanıb. Belə olanda həm milli mənsubiyyət, həm də dini mənsubiyyət məsələlərində manevr imkanları genişlənmiş olur. Bax belə, “Allah verməmiş Aslan”, atasının qoyduğu addan imtina edib.

Adam nə zamansa dostluq etdiyi, çörək kəsdiyi, birgə işlədiyi, ona yaxşılıq etmiş elə bir şəxs qalmayıb ki, ona arxadan zərbə vurmasın. Eynulla Fətullayev və ona çox yaxşılıqlar etmiş İlyas İsmayılov haqda artıq qeyd etdim. Belə adamlar onlar, yüzlərlədir. Hakimiyyətə yaxın adamları məhz hakimiyyətə işləməkdə, “şərə xidmətdə” ittiham edir, işi çətinə düşən kimi 1993-cü ildə Heydər Əliyevi necə müdafiə etməsi haqda hay-küy qaldırıb canını hüquqi deyil, siyasi üsullarla qurtarmağa çalışır. Özünü haqq-ədalət, halal qazanc tərəfdarı kimi təqdim edir, amma 27-28 yaşlı oğlunun sürdüyü, qiyməti 200 mindən artıq olan 009 nömrəli çəhrayı Gelandevageni hansı pullarla aldığını hesabını vermir. (Bura əlavələr edə bilərsiniz. Məsələn, Mazeratti və s.) Məgər Azərbaycanda vəkillik bazarı bu qədər böyükdür ki, orada bu qədər pullar qazanmaq mümkündür? Bəs onda başqa, Aslan kimi savadsız, ziddiyyətli çıxışlar etməyi özünə sığışdırmayan vəkillər niyə onun yarısı qədər qazana bilmirlər. Amma bir məqam da var. O çoxlu pul qazanmağa imkan verə bilər. Bu dövlət orqanlarının və müxtəlif nüfuzlu adamların adından istifadə etməklə aferistlikdir. Eşitdiyimə görə o müştərilərə mühüm dövlət orqanlarında əlaqələrinin olduğunu, ehtiyac yarandıqda e-mail göndərib problemləri çatdıra bildiyini iddia edərək böyük məbləğlər tələb etməkdə mahirdir.

Belə Şeyx Nəsrullahlar çoxdur. Onların biri artıq ifşa olunub. Biz yalançı Şeyx Nəsrullahlara birlikdə yox deməyi bacarmalı, onların qurbanlarını müdafiə etməliyik! Bu hamımızın xeyrinədir!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR