İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşıq Əli niyə ifrat dərəcədə kökəlib? - Özü AÇIQLADI

1066 06.05.2024 11:48 Ölkə A A

Aşıq Əli dərmanlar qəbul etdikdən sonra həddindən artıq kökəlməsi ilə bağlı məlumata aydınlıq gətirib.

Aşıq Əli Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda çəkisi əvvəlki səviyyədədir:

"Çəkimi demək istəmirəm. Bundan niyə narahat olurlar? Həmçinin çəkimlə bağlı məndən xəbərsiz qələt edib kimsə məlumat yayıb. Sənətimi yazsınlar, araşdırsınlar ki, Əli bu sənətdə nə iş görür? Mənim kökəlməyimlə bağlı kimsə məlumat yaymasın. Çəkimi özüm daşıyıram, kimsə mənim yükümü çəkmir ki".

Aşıq Əli deyib ki, konsert layihəsi var, amma onu həyata keçirmək böyük maliyyə tələb edir:

"Pul olsa, konsert verərəm, böyük repertuarım var. Amma bu pulu mənə dövlət tərəfindən ayrılmasını istərdim. Hansısa sponsorun dəstəyi ilə konsert vermək istəmirəm. Özüm də özümə sponsorluq etmək istəmirəm. Bu günə kimi özüm-özümə sponsorluq etmişəm".

Qeyd edək ki, mətbuatda Aşıq Əlinin həddindən artıq kökəlməsi ilə bağlı məlumat yayılıb. Artıq çəkidən əziyyət çəkən aşığın kökəlməsinə səbəb keçirdiyi xəstəliklə bağlı dərman qəbuludur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR