İnsanlara hürriyət, millətlərə istiqlal!

Artıq içiləndə dərd verir o da - niyə suyumuz çatışmır?

911 19.05.2023 11:32 Media A A

Üçüncü dünya müharibəsi suya görə başlanacaq

Su ehtiyatları tükənən sərvət olduğundan onun inteqrasiyalı və səmərəli idarə olunması çox vacib aspektdir. Belə ki, su ehtiyatlarının səmərəli idarə edilməsi BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin, təbii fəlakət risklərinin azaldılmasına dair Sendai Çərçivə Programında və Paris Sazişi kimi beynəlxalq müqavilələrə daxil edilib.  Dünya İqtisadiyyat Forumu ardıcıl üçüncü ildir ki, su böhranını ilk üç vacib qlobal risklər siyahısına daxil edir. Bu baxımdan suların çirklənməsinin qarşısının alınması məqsədilə tədbirlər görülür, suların transsərhəd çirklənməsinin qarşısının alınması üçün transsərhəd diaqnostik analizlər aparılır, milli, regional və qlobal səviyyədə müxtəlif layihələr həyata keçirilir.

Təhlükəli sulara görə xəstəxanaya düşənlərin sayı artıb

Dünyanın bir çox ölkələrində bu qaçılmaz böhrana hazırlıq üçün dövlət planı mövcuddur. Dünyadakı xəstəxanalarda yatan şəxslərin əksəriyyəti təhlükəli sulardan istifadə ilə bağlı xəstəliklərdən əziyyət çəkirlər. Bir neçə il əvvəl Azərbaycan ən az şirin su ehtiyatlarına sahib ölkələr siyahısına düşüb. Dünya Bankı Azərbaycanı regionun və hətta dünyanın ən az su ehtiyatlarına sahib ölkələri siyahısına daxil edib.

2030-cu ildə Yer əhalisinin 47 faizi su çatışmazlığı ilə üz-üzə qalacaq –  KOMİTƏ SƏDRİ

Qarşıdakı problemlərin mühümlüyü ilə bağlı mübahisələr artıq yaranmır. Hər gün dünyada içməli su ehtiyatları azalır və Azərbaycanda digər ölkələrdə olduğu kimi, bu vəziyyətlə bağlı tədbirlər planı var. Bu gün ölkəmizdə 30,9 kub kilometr içməli su ehtiyatı var. Onlardan 20,6 kub kilometr Azərbaycana xaricdən gəlib çatan çayların, qalan 10,3 kub kilometr isə ölkə ərazisindən axan çayların payına düşür.

Gələcəkdə ciddi su çatışmazlığı ilə üz-üzə qala bilərik -

Su ehtiyatı regionlar arasında bərabər bölünməyib

Abşeron yarımadasında Azərbaycanın digər ərazilərindən fərqli olaraq, daha çox içməli suya tələbat var. Məhz bu səbəbdən yarımadada bir neçə içməli su mənbəsi var. Bakı bunun üçün yerüstü (Samur və Kür çayı) və yeraltı (Şollar) su ehtiyatlarından istifadə edir. Paytaxtın əsas içməli su mənbəyi Ceyranbatan su anbarı hesab edilir. Bu anbarın su tutumu 186 milyon kubmetr, uzunluğu 8,74 kilometr, maksimal eni 2,15 kilometr, maksimal dərinliyi 28,5 metr, orta dərinliyi 14,5 metrdir. Anbara su Samur-Abşeron kanalı vasitəsilə daxil olur.

2015-ci ildə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub. Kompleks Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir. Bu gün Azərbaycanda içməli su ilə bağlı problemlər yalnız Aran rayonlarında müşahidə edilir. Ekspertlər bildirirlər ki, ölkəmizdəki 30,9 kub kilometr su ehtiyatı regionlar arasında bərabər bölünməyib. Misal üçün, dağlıq ərazilərə daha çox çay və içməli su payı düşür, Aran bölgəsində isə bu çaylar artır çirklənmiş olur. Bu sudan daha çox suvarma məqsədi ilə istifadə edirlər.

Əgər biz bu itkilərin qarşısını alsaq, Azərbaycan içməli su ehtiyatları ilə bağlı dünya standartlarına uyğunlaşacaq. Bizim əsas üstünlüklərimizdən biri Xəzər dənizinin olmasıdır. Biz ərəb ölkələri kimi dəniz suyunu duzsuzlaşdıra bilərik. Ola bilsin ki, hansısa 30-50 ildən sonra biz Xəzər dənizinin suyunu içəcəyik. Bu gün ölkəmizdə Salyan rayonunun kəndlərindən birində Xəzərin suyunun duzsuzlaşdırılması üçün pilot layihə var.

Su çatışmazlığı problemi həll olunmalıdır”-DEPUTAT AİDİYYATI QURUMLARA  MÜRACİƏT ETDİ, MM-DƏN BİR DAHA SƏSLƏNDİ – YENİLƏNİB – EtikXəbər

Krandan gələn su nə qədər təmizdir?

“The Guardian” yazır ki, bütün dünya boyunca evlərin içməli su kranlarından gələn suyun mikroplastik zərrəciklərlə dolu olduğu aşkar edilib.

Məqalədə deyilir ki, onlarla ölkədə evlərin kranlarından götürülən su nümunələri alimlər tərəfindən analiz edilib və ümumilikdə bütün suların 83 faizinin tərkibində plastik liflər tapılıb.

ABŞ-da Konqres binaları, Ətraf Mühiti Mühafizə Agentliyinin qərargahı və hətta Nyu-Yorkdakı “Trump Tower” hoteli də daxil, kranlardan götürülmüş suyun 94 faizində plastik zərrəciklər aşkar olunub. ABŞ bütün dünyada suyun ən çox çirkləndiyi ölkədir. Onun ardınca Livan və Hindistan gəlir.

Britaniya, Almaniya və Fransa da daxil, Avropa ölkələrində ən az çirklənmə qeydə alınsa da, plastik lif tərkibli sular 72 faiz təşkil edib.

500 milliqramlıq su nümunələrində ABŞ-da orta hesabla 4, 8, Avropada isə 1, 9 plastik lif aşkar edilib.

Bundan əvvəl alimlər əsasən ətraf mühitin, okean sularının mikroplastik çirklənmə dərəcəsini öyrənmişdilər. Bəlli olmuşdu ki, insanların qida kimi istifadə etdikləri dəniz məhsullarının özlərində də plastik liflər var.

Şərqi Azərbaycanın yüzlərlə kəndində su çatışmazlığı yaşanır

New York Universitetinin mikroplastika eksperti Sherri Mason deyir ki, əgər dənizlərdəki balıqlar liflərlə doludursa, deməli, insanlar da bu neqativ haldan kənarda qala bilməzdilər.

Suya görə müharibə?

Azərbaycan su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasındadır. Amma ekoloq və mütəxəssislər də bu sahədə “həyəcan təbili” çalırlar. Su ehtiyatlarının azalmasının səbəblərinə gəlincə, bu, ona olan tələbatın çoxalması, əhalinin sayının artımı nəticəsində əlavə ərazilərin kənd təsərrüfatı dövriyyəsinə daxil edilməsi və həmin ərazilərin su ehtiyatlarından istifadə etməsidir. Digər tərəfdən, Azərbaycan ərazisinin 60 faizindən çoxu quraq ərazilərdir. Həmin ərazilər də əsasən əkinçilik zonasını təşkil edir. Kür-Araz ovalığı, Qarabağ, Mil, Şirvan, cənub-şərqi Şirvan düzü, Gəncə-Qazax düzündə əkilən bitkiləri vegetasiya dövründə bir neçə dəfə suvarmaq lazımdır. Suyun azalmasının bir səbəbi də həmin əkinlərin suvarılması ilə bağlıdır. İqlim amilləri də burada əsas rol oynayır. Temperaturun yüksəlməsi, atmosfer yağıntılarının azalması və buxarlanmanın çoxalması iqlim dəyişikliyinə və nəticədə su ehtiyatlarının azalmasına gətirib çıxarır. Bu gün su qıtlığı ilə nəinki Azərbaycan, hətta bütün dünya mübarizə aparır. Mütəxəssislər üçüncü dünya müharibəsinin torpaq, iqtisadi resurslarla bağlı deyil, məhz su ilə bağlı olacağını düşünürlər.

 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanıb.

HAZIRLADI: Sevinc TELMANQIZI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR