İnsanlara hürriyət, millətlərə istiqlal!

Artan infarkt hallarının COVID-19 peyvəndləri ilə əlaqəsi varmı? - Mütəxəssislər AÇIQLADI

955 11.04.2024 17:38 Yaşam A A

Xüsusilə son zamanlar gənclər arasında tez-tez baş verən infarkt hadisələri COVID-19 peyvəndi ilə bağlı müzakirələrə yol açıb.

Bəs artan infarkt hallarının COVID-19 peyvəndləri ilə əlaqəsi varmı?

Musavat.comHaber Global”a istinadən xəbər verir ki, Üsküdar Universitetinin rektor müşaviri, Prof. Dr. Tayfun Uzbay bununla bağlı açıqlama verib.

"Milyardlarla insana vurulan COVID peyvəndləri problem yaratsaydı, bunun diqqətdən kənarda qalması mümkün olmazdı", - o deyib.

T.Uzbay "BMJ Journals"da bununla bağlı dərc olunan araşdırmaya da toxunub:

"Bir il ərzində 20 milyon insanın izləndiyi araşdırmanın nəticələri göstərir ki, peyvəndlər insanları ürək xəstəlikləri və laxtalanma riskindən qoruyur, nəinki onlara səbəb olur. Tədqiqatdakı nümunələrin sayı kifayət qədər çoxdur və tədqiqat vaksinlərin belə bir risk yaratmadığına dair mühüm elmi sübutlar təqdim edir. Peyvəndlər ürək xəstəliyinə və laxtalanmaya səbəb olsaydı, biz bunu bir artım olaraq görərdik".

Türkiyəli alim gənclərin yaxşı və sağlam qidalanmadığını, hərəkətsiz olduqlarını vurğulayıb:

"Bütün bunlar gənclərdə infarkt, laxtalanma kimi problemlərə səbəb ola bilər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR