ARMATUR ZAVODUNUN ƏTRAFINDA BAŞ VERƏNLƏRİN SİRRİ AÇILDI

Yeganə olaraq «Baku Steel Company» ona məxsus olaraq qalırdı; onu da ötən il başqa şəxslərin çətirinin altına yerləşdirdilər. Lakin zavodda çoxdandır gözü olan digər qüvvələr «Baku Steel Company»ni ələ kecirmək üçün mübarizəyə başlayıblar.
Nəzərə çatdıraq ki, S.Əliyevadan sonra zavodun idarəetməsinə yəhudi əsilli iş adamları nəzarət edirdilər. Ancaq burada gözü olan iş adamları həmin şəxslərə işləməyə imkan verməyiblər. Təbii ki, bunu etmək asan məsələ deyildi. Ancaq girişdiyi bütün məsələlərdən qalib çıxan fövqəladə hallar naziri artıq «Baku Steel Company»ni də ələ keçirmək üzrədir. Bu barədə redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, zavodda vergi yoxlamalarının başladılmasında K.Heydərovun böyük əməyi olub. Bəllidir ki, Vergilər Nazirliyi cənab Heydərovun nəzarətindədir və o, bu qurumun vasitəsilə özünün maraqlarını təmin edə, hansısa bir şirkətin ələ keçirilməsinə nail ola bilir. Məlumatlara görə, K.Heydərov armatur zavodunu özünə tabe etdirmək üçün yuxarıların razılığını alıb və bundan sonra məqsədinə nail olmaq üçün tədbirlər görməyə başlayıb. Vergi yoxlamaları da zavodu özünə tabe etdirmək məqsədi daşıyır. Bu barədə bizi bilgiləndirən mənbə «artıq «Baku Steel Company»ni Kəmaləddin Heydərovun obyekti hesab etmək olar" - deyə qeyd edib: «Vergi yoxlamaları nəticəsində dəhşətli yeyinti faktları ortalığa çıxarılacaq və bundan sonra K.Heydərov istəyinə nail olacaq».
Nəzərə çatdiraq ki, bir az öncə Vergilər Nazirliyi maliyyə böhranı ilə əlaqədar ilin sonuna kimi iri şirkətlərdə vergi yoxlamalarını dayandırdığını bəyan etmişdi. Görünür, bu, ən böyük şirkətlərdən olan armatur zavoduna şamil edilməyib. Azərbaycanda belədir, məmur-oliqarxların maraqları qanun və sərəncamlardan daha böyük əhəmiyyət kəsb edir.