İnsanlara hürriyət, millətlərə istiqlal!

Araz çayından tapılan ‘’Qızıl Alma’’ haradadır və kimindir...

27635 23.10.2023 08:55 Yazarlar A A
                                                                       İlk yayım saatı- 22.10.2023, saat 23:53

Xudafərinə getmişdik. Arazı gördük. Suyu lal və az axırdı. Sanki "gəl məni keç, Güneyə qovuş", mesajı verirdi.

Araz bizə asan keçid təklif edirdi...
"Ayağını o daşa qoy, sonra o qaya parçasına, sonra o biri sal daşa, sonra ortadakı adaya çıx, sonrası çox daha sadə...’’ - Arazın ikiyə ayrılan sağ qolunun suyu lap dayaz idi...

***

Güney Azərbaycan...
Vətənimizin böyük parçası necə də bizə yaxınmış, necə də əlçatanmış...
İran adlanan dövlətlə 132 km-lik sərhəd zolağımızın (əslində isə Azərbaycanı Azərbaycandan ayıran süni sərhədin) erməni işğalından azad olunmasının 3-cü ildönümündə o anları yenidən xatırladım...
Unutmaq imkansızdır...
İllərdir Arazın o tayına baxıb, erməni işğalçılarını görən, onları söyə-söyə bir milli əziklik, stress yaşayan cənublu soydaşlarımız bizi orada görəndə çox həyəcanlandılar.
Gəlib-keçən maşınlar siqnal verirdi. Biri isə saxladı. İçərisindən bir ailə endi, Araza doğru gəldilər.
4 uşaqdan biri südəmər idi, Araza - bizə doğru qucaqda gəlirdi. Ailənin başçısı başladı "Qarabağ şikəstəsi" oxumağa...
İlahi, o nə idi elə... 

44cee2f8-f7e7-4d7a-9891-80e0f232f730 (1).jpg (136 KB)

Arazın o tayından "Qarabağ şikəstəsi" oxuyan azərbaycanlı ailə

Millətimizin və Vətənimizin mahiyyətini bir daha anlamaq, coğrafi mənada da, mahiyyətcə də nə qədər fərqli böyüklükdə olduğumuzu dərk etmək üçün oxuyurdu o qardaşım sanki...
Qarabağ şikəstəsini oxuyurdu, Araza doğru gəlirdi;
Arazı bu dəqiqə adlayacaqdı sanki...
İkiyə ayrılan sağ qol dayaz idi, o biri qolda isə dizə qədər su axırdı, iki yüz illik həsrətin yanında Araz nə idi ki...
Fəqət...
Keçmədilər, bir yerə qədər gəlib, durdular...
"Qarabağ şikəstəsi" oxuyan yanıqlı səs Arazı keçdi, bizi qucaqladı, bağrına basdı...
Gözümüz yaşardı, kövrəldik, ağladıq, dua etdik...
Həm də anladıq...
Qarabağ məsələsini həll etdik.
Fəqət bizim milli hədəflərimizin ən böyüyü hələ qarşıdadır.

***

Azərbaycanlılar bu dünyada ən çətin və ən böyük, ən problemli milli hədəfi olan xalqlardandır.
Bizim kimi daha kimlər var?
Almanlar - onlar SSRİ-i yıxılan kimi Berlin divarını uçurub, birləşmə haqqından və əlverişli şəraitdən yararlandılar.
Vyetnamlılar - onlar gözlərini qıyıb, dişlərini sıxıb, savaşıb, bunu həll etdilər.
Koreyalılar – onlarda da durum bizdən daha sadədir. Kim əşirəti süqut edən kimi onlar da birləşəcəklər.
Və biz...
Üst-üstə 50 milyonluq bir millət.
Azərbaycan türkləri.

***

Bizim birləşməyimiz üçün dünyanın siyasi xəritəsi dəyişməli, İran imperiyası süqut etməli, bölünməli, orada Güney Azərbaycan Cümhuriyyəti qurulmalı, daha sonra isə...
Güneyli və Quzeyli Azərbaycan birləşib, Bütöv Azərbaycan olmalı...
Fərqli ssenarilər də mümkündür.
Bu milli hədəf bu gün nə qədər çətin görünsə də, artıq 3 il öncəsi kimi mümkünsüz deyil.
Böyük və mühüm irəliləyişlər əldə olunub.
Qarabağ zəfərinin ardından Türk Dövlətləri Təşkilatı qurulub.
Dünyanın yenidən dizayn edilməsi və bölünməsi prosesinə hazırlıqdır bu...
Türk irqinin iki fenomen liderinin - Tayyib Ərdoğanın və İlham Əliyevin Rusiya və İranın bölünməsinə (ki bölünəcək...) hazırlıq mexanizmi yaratmaları, buraya Avropadakı Macarıstanı, Ağdənizin strateji nöqtəsində qərar tutmuş Kıbrıs Türk Dövlətini daxil etmələri, Orta Asiya türk respublikalarını hörgütləmələri böyük uzaqgörənliyin və yaxınlaşan nəhəng proseslərin göstəricisi sayılmalıdır...

***

Hələlik isə biz Qarabağ problemini tam və qəti şəkildə həll edərək, "Qarabağ şikəstəsi"ni Güney Azərbaycandan olan soydaşlarımızla həsrət gidərmək amaclı, bir də ƏSAS MİLLİ HƏDƏFİMİZƏ yenidən baxmaq imkanları üçün oxumaqdayıq... 

Qarabağı və işğaldakı torpaqları geri qaytarmağımız, azad olunan torpaqlarda möhkəmlənməyimiz bizimlə bərabər Türk Dünyasının da önünü açıb.
Xəyal etdiyimiz Turan, əslində, inşa edilir. Böyük işlər görülüb, ciddi məsafə qət edilib.
Xəyal etdiyimiz Bütöv Azərbaycan (güneyli-quzeyli) Turanın əsas və mühüm parçasıdır.
Onun da mümkünlük dərəcəsi artıb və real görünür...

***

Orta Doğuda (Orta Şərq) baş verən proseslər bizim milli hədəflərimiz üçün perspektivlər yaradır.
Necə Ukraynada baş verən böyük slavyan müharibəsi Qarabağ məsələsində bizə ağlasığmaz fürsətlər açdı (hamısından istifadə etdik); sami tayfalarının böyük savaşı da enində-sonunda regionun və subregionun yenidən dizayn edilməsi ilə nəticələnən qlobal proseslərə gətirib çıxaracaq.
Qafqazlarda və İran arealında yaşayan Azərbaycan türkləri dünyanın yenidən dizayn edilməsində mərkəzi rol ala(caqlar) bilərlər...
Gələcək Azərbaycandan yanadır, zaman bizə işləyir, dəyişən və yenidən dizayna hazırlanan Yer adlı planetdə, onun Avrasiya materikində türklər əsas faktor, mərkəzi amil və qurucu irq olacaqdır.

***

Materikdəki superetnosları izləyək:
➡️Slavyanlar çöküşdə, savaşda ...
➡️Çinlilər ABŞ-la qlobal ekonomik savaşda (əsl dünya savaşı) və öz bölgəsində bir neçə konfliktə cəlb ediliblər...
➡️İngilislər bizimlə (türklərlə) stratejidə bərabərdilər...
➡️Fransızlar Afrikanı və özlərini itirməkdədirlər...
➡️Ərəblər...
İbrahim peyğəmbərin nəvələri (ərəblər və yəhudilər) bitməyən savaşda; samilərin müharibəsi slavyanlardan daha dərin və geridönməzdir...
➡️Almanlar, digər avropoidlər böyük siyasi zəlzələlərə hazırlaşmağa ENERJİ xərcləyirlər...
➡️Yaponlar maraqda - Rusiyanın bölünməsini gözləyirlər, materikə çıxacaqlar...
➡️Türklər...
Materikdəki Türk irqini təmsil edən dövlətlər, uluslar və topluluqlar min illik tarixlərinin ən mehriban, ən inteqrasiya olunmuş dövrünü yaşayırlar.
Türklər heç zaman indiki kimi yaxın və koordinasiyalı olmayıblar...
Onların yeni dünya düzənindəki rolu parlaq və həlledici görünür.
Afrikadan, Orta Şərqdən ta Sibir çöllərinə, Mərkəzi Rusiyaya, Balkanlara, Şərqi Avropaya, Şərqi Trakyaya, Qafqazlara, Orta Asiyaya (Türküstana), Kəngər körfəzinə ("Bəhrə körfəzi"nə) qədər böyük bir arealın yenidən düzənlənməsində bu böyük coğrafiyada - Turan arealında yaşayan türk dövlət və topluluqlarının yaxından iştirakı qaçılmazdır.
O iki lider Şuşa Bəyannaməsini həm də bu perspektiv üçün imzaladı...
O iki lider Türk Dövlətləri Təşkilatını həm də bu perspektiv üçün qurdu...
Görüntüdə Qızıl Alma...

***

cce0fd21-13f4-4c89-98f2-c08bfda11ccd.jpg (162 KB)

Bütün bunları xəyalən "Qarabağ şikəstəsi"nin Arazın o tayından gələn zəif, amma möhtəşəm, təsirli müşayiəti ilə oxuduğunuzu təsəvvür edin...
Mən elə etdim - ona təkrar qulaq asdım və Araz çayından tapdığım "Qızıl Alma" haqqında yazdım...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR