İnsanlara hürriyət, millətlərə istiqlal!

“Araik AzTV-yə elə fikirlər deyə bilər ki, biz aylarla...” – Polkovnikdən SENSASİON AÇIQLAMALAR

2893 11.03.2024 22:23 Gündəm A A

AzTV-nin martın 28-də təqdim edəcəyi “Bir günlük əməliyyat: ANTİTERROR” sənədli filmi dünəndən gündəmi zəbt edib.

Məlum olduğu kimi, filmin ilk əliqanlı “qəhrəmanı” separatçı Araik Arutyunyan olacaq. Vaxtilə “Gəncənin bombalanması əmrini mən vermişəm” deyərək öz qanlı əməlini etiraf edən Araik bu gün daha böyük etiraflarda bulunub. Arutyunyan estafeti digər bacılarına da ötürəcək. Araikin və onların etiraflarını isə bizdən də çox ermənilər gözləyir. Təsadüfi deyil ki, dünəndən özlərinə əməlli-başlı əl qatıblar ki, “Azərbaycan bizim canımız-qanımız Araikə və onun dəstəsinə göz verib, işıq vermir”.

Biz göz veririk, işıq seçimində isə sərbəst buraxırıq. Məsum körpələrin qanı hesabına qondarma qurumu daha da gücləndirməyə, Azərbaycana Qarabağdan Qarabağla acıq verməyə çalışan Araik öz qazdığı quyuya düşüb. Görək, vaxtilə Qarabağımızdan Bakımıza bülbül kimi cəhcəh vuran Araik yenə bülbül olub oxuya biləcəkmi? 17 gündən sonra görərik, görəcəyik. Ermənilər isə öz Araiklərini bir daha daha yaxından tanıyacaqlar.

uzeyir ceferov.jpg (190 KB)

Gündəmi çalxalayan, anonsu edilən müsahibədən danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, Araikin hər hansı bir fikrini ciddi saymır:

“Ona görə ki, o adam o qədər iradəsi zəif, qorxaq, onun-bunun göstərişi ilə idarə olunan şəxsdir ki, onun indi nəsə deməsi heç nəyi dəyişməyəcək. Mənim şəxsən ondan hər hansı bir gözləntim yoxdur. O, prezident seçkiləri öncəsi demişdi ki, seçkilərdə iştirak etmək istəyir, özü də, ailəsi də Azərbaycanda yaşamaq istəyir.

Araik AzTV-yə elə fikirlər deyə bilər ki, biz o fikirləri aylarla müzakirə edə bilərik. Biz bilirik ki, Araiki kim təlimatlandırırdı, ona tapşırıqlar hardan gəlirdi, hansı ölkələrin paytaxtına gedirdi - Moskvaya, Parisə...

Biz onsuz da Qarabağı Araikin etirafı olmadan da azad etdik, separatizmin kökünü kəsdik. Arutyunyanın verə biləcəyi məlumat odur ki, Azərbaycan tərəfi məhkəmədə ondan istifadə edəcək”.

Hərbi ekspertin fikrincə, bu gün bizim əsas fikrimiz Ermənistana yönəlməlidir ki, İrəvan öz ərazisində olan vardan oskanyanlar, samvel şahramanyanlar və digərlərini yığışdırsın ki, onlar növbəti addımları atmasınlar:

“Bu gün Vardan Oskanyan, Samvel Şahramanyan Ermənistan ərazisində separatçılıq meyllərini davam etdirir, “artsax”ın dirçəldilməsi üçün müəyyən addımlar atır”.

SAMVEL.jpg (23 KB)

Polkovnik hesab edir ki, Araikin müsahibəsi bir müddət müzakirə olunacaq və onunla da bitəcək:

“Onun çox danışdırılması bəzi hallarda o qədər də arzuolunan deyil. Çünki düşmənlərimiz bundan bizə qarşı istifadə edirlər, təzyiq göstərirlər. Araik heç kimdən fərqləndirilməməlidir. Həbsdə cinayət başçılarından Ruben Vardanyan, Araikdən də öncə Azərbaycan torpaqlarının parçalanmasında aktiv iştirak edən Arkadi Qukasyan var, Bako Saakyan var. Onlar mənim üçün daha önəmlidir, çünki onların dövründə daha çox hərbçimiz şəhid olub. 2016-cı il Aprel döyüşləri, 2018-ci il.

Araik Arutyunyanın bütün addımları növbəti erməni hiyləgərliyidir.

Ermənistanın nə deməyindən asılı olmayaraq, Azərbaycan Bakı həbsxanasında olan separatçıları belə tezliklə İrəvana verməyəcək. Araikin Gəncəyə, Bərdəyə, Tərtərə görə konkret cinayət əməli var, öz etirafları var”.

gence terroru.jpg (84 KB)

Üzeyir Cəfərovun sözlərinə görə, ermənilər unutmamalıdır ki, Araiklə təkcə azərbaycanlılar görüşmür, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları, beynəlxalq qurumların nümayəndələri görüşür:

“Əgər Araikə və yaxud da Bako Saakyana, Arkadi Qukasyana, Lyova Mnatsakanyana, Ruben Vardanyana, David Babayana, David İşxanyana, David Manukyana təzyiq göstərilirsə, onlar bunu Azərbaycana yox, digər şəxslərə bildirə bilərdilər.

TUTULAN.jpg (442 KB)

Araik və digər cinayətkarlar mütəmadi olaraq ailələri ilə əlaqə saxlayırlar, şəraitlərinin normal olduğunu bildirirlər. Narazılıq olsaydı, onların ailə üzvləri çoxdan bu məsələni bütün dünyaya car çəkmişdilər. Araik kitab oxuyur, məhkəməyə hazırlaşır.

HEBSİM SON.jpg (221 KB)

Əlbəttə, Ermənistan onları əzabkeş kimi təqdim etmək üçün əlindən gələni edəcək. Biz buna təəccüblənməməliyik. Ermənistan onları xilas etmək üçün müxtəlif yalanlar uyduracaq.

Onlar həm diqqət mərkəzində olan adamlardır, həm də onlardan istintaq, məhkəmə üçün müəyyən məlumatlar əldə etmək lazımdır.

ARA SON.jpg (118 KB)

Digər məsələlərdə isə onların səmimiliyinə inanmaq lazım deyil. Bu gün Araik ola bilsin, istənilən adamın adını çəksin. Əgər əvvəllər onların adlarını çəkməyibsə, onlarla hər hansı bir təması mətbuatda yoxdursa, yaxud da hüquq-mühafizə orqanlarının bununla bağlı məlumatı yoxdursa, bu o deməkdir ki, Araik sadəcə olaraq öz cəzasını yüngülləşdirmək üçün kənardan diqqəti cəlb edəcək açıqlamalar verə bilər. Biz də deyək ki, Araik ağıllanıb. Nə qədər ki, o cinayətkarlar Azərbaycandadır, onlar heç vaxt ağıllanmayacaqlar”.

Hərbi ekspert erməni hiyləsini bir misalla diqqətə çatdırıb:

“Ötən illərdə Naxçıvandan avtomobillə Azərbaycan tərəfinə keçən Yeqişyan erməni ailəsi vardı. Bir neçə il Azərbaycanda qaldılar. Azərbaycan beynəlxalq qurumlarla əlaqə yaradaraq onların Avropaya getməsi üçün əlindən gələni etdi. Amma onlar razılaşmadı, sonda Ermənistan onları geri istədi. O adamlar İrəvana çatar-çatmaz dedilər ki, Azərbaycanda bizə qarşı təzyiq var idi, bizi incidirdilər. Halbuki bir neçə il burada yaşadılar.

Araik Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında bülbül kimi danışır. Sabah İrəvana gedən kimi bütün dediklərini danacaq. Samvel Şahramanyan Xankəndidə olanda dedi ki, mən qondarma qurumdan imtina edirəm, İrəvana gedib çıxan kimi dedi ki, o sənəddən imtina edirəm. Şahramanyanlar, arutyunyanlar, vardanyanlar və digərləri idarə olunan ermənidirlər. Mən onların sözlərinə inanmamışam, inanmıram və heç vaxt inanmayacam. Necə ki, Paşinyan iki gündən bir fikirlərini dəyişir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR