“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqası tarixinə düşüb.
O, turnir tarixində 200 oyun keçirən ilk baş məşqçi adına yiyələnib.
K.Ançelotti buna ötən gecə “Mançester Siti”yə qarşı keçirdiyi matçda nail olub. 3:3 hesabı ilə başa çatan qarşılaşma onun üçün yubiley qarşılaşması kimi tarixə düşüb.
Baş məşqçi kimi 200 oyunda Karlo Ançelotti 115 qələbə qazanıb, 43 heç-heçə edib və 42 dəfə uduzub.//Qafqazinfo