İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanı çökdürmək üçün hərəkətə keçdilər, Britaniyanın isə bu sirri açıldı: avqustun 28-də...

5278 21.08.2022 14:10 Müsahibə A A

"Bu siyasət Avrozonanı çökdürmək üçün nəzərdə tutulub. Böyük Britaniya təsadüfən Avropa İttifaqından çıxmayıb. Qlobal hədəf Almaniyanın çökdürülməsidir. Əsas zərbə ona hesablanıb".

Bunu Musavat.com-a müsahibəsində maliyyə bazarları üzrə ekspert Azər Balamedov deyib.

1491337.jpg (85 KB)

Ekspertlə müsahibəni təqdim edirik:

- Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 13 faizə endirib. Bu isə lirənin 1 faizə yaxın ucuzlaşmasına səbəb olub. Gedişat necə olacaq?

- Türkiyə Mərkəzi Bankının addımı gözlənilən idi. Uzun müddət bu bankın göstəriciləri 19-20 faizlərdə olub. Sonuncu dəfə 14 faizə düşmüşdü. İlin əvvəlindən bu faiz dəyişmirdi. Uçot dərəcəsinin 13 faizə düşməsi lirəyə əlbəttə ki, mənfi təsir edəcək. Çünki faiz düşəndə valyuta zəifləyir. Türk lirəsinin son 15 illik trendini burada qeyd etmək lazımdır. Bu müddət ərzində lirə birmənalı olaraq düşüş trendindədir. Mərkəzi Bank uçot dərəcəsini hətta 14 faizdə saxlasaydı, biz bazarda lirənin güclənmə trendini görməyəcəkdik. 15 illik trendin sınması üçün ən azı 1-2 il lazımdır. 

59d8c77e-b507-37cc-a0d0-25b91d57b8b9_850.jpg (113 KB)
 
Türk lirəsi minimum gələn ilin ortalarına qədər ucuzlaşma trendində qalacaq. 2023-cü ildə prezident seçkiləri var. Ümumiyyətlə, Türkiyədə fundamental hadisələr çoxdur. Dünyada böyük proseslər baş verir. Köhnə maliyyə, ticarət sistemi çərçivəsində keçid prosesləri gedir. Ona görə də ilin axırına qədər Türkiyə Mərkəzi Bankının faiz dərəcəsini endirməsini gözləyə bilərik. Nəzərə almaq lazımdır ki, Türkiyə inkişaf etməkdə olan ölkədir. İnkişaf etmiş ölkələrdə faizlər çox aşağıdır, inkişaf etməkdə olan ölkələrdə isə əksinədir.

- Nyu-Yorkun "Comex" birjasında qızılın dekabr fyuçersləri 0,08 % və ya 1,35 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 778,15 ABŞ dollarına satılıb. Qızılın dəyərinə əsasən hansı amillər təsir edir və qiymətlə bağlı proqnozunuz necədir?
 
- Maliyyə aktivi olan qızılın qiyməti dollara bağlıdır. Dollar gücləndikcə qızılın qiyməti düşüş trendində olur. Biz uzunmüddətli trendlərə baxsaq, qızılın qiyməti düşüş trendindədir. Onun qiyməti təzyiq altındadır. Dollar hazırda 14 aylıq trenddədir. Müharibə başlayanda qızılın qiymətində psixoloji artımı gördük. Tarixi maksimumlar 2 avqust 2020-ci ildə (2075 dollar), 2021-ci il fevralın sonu, martın əvvəlində müşahidə olundu. Ondan sonra qızılın qiyməti yenə də aşağı düşüb. Artım trendi o zaman bərpa olar ki,  dünyada daha bir genişmiqyaslı müharibə olsun. ABŞ və onun əsas tərəfdaşları daha bir neçə ocaq yaratmaq istəyirlər. Kosovo-Serbiya, Yunanıstan-Türkiyə, Çin-Tayvan məsələsi var. Hər hansı bir fors-major hadisə olmasa, qızılın qiyməti düşüş trendində qalacaq.

d50fe3c6-dbbe-36fb-a112-efa1da415256_850.jpg (119 KB)
 
ABŞ-a kapital axını artır və ona görə də qızıl investisiya baxımından dollara uduzur. Qızıla investisiya yatırmaq riskli sayılır və onu alıb saxlayarkən dividend gətirmir. Ona görə də son 1 ildə iri bazar iştirakçıları, böyük investorlar yatırımı qızıla yox, dollara yönəldiblər. Bu onu göstərir ki, dollara alternativ rezerv valyuta hələ ki, yoxdur. Nəzərə almaq lazımdır ki, ABŞ Mərkəzi Bankı uçot faiz dərəcəsini 2,5 faizə qaldırıb. İstiqraz bazarlarında da ABŞ Maliyyə Nazirliyinin istiqrazlarının gəlirliliyi artıb.

- Azərbaycanda qızıla tələbat hansı səviyyədədir?

- Azərbaycanda qızıla tələbat ancaq zərgərlik məhsulları səviyyəsindədir. Azərbaycanın qızıl rezervləri xarici banklarda saxlanılır. Azərbaycana müəyyən qədər fiziki qızıl gətirilir və saxlanılır. Amma onun səviyyəsi və həcmi açıqlanmır. Azərbaycanın qızıl ehtiyatları o qədər də çox deyil. Onun 70-80 faizi xarici banklarda saxlanılır. 2019-cu ildə Azərbaycan Mərkəzi Bankı ilə Fransanın "Rothschild&Cie" bankı arasında Strateji Əməkdaşlıq Müqaviləsi imzalanıb. Azərbaycanda investisiya baxımından qızıla tələbat yoxdur. Amma fiziki şəxslər tərəfindən zərgərlik əşyalarına müəyyən qədər tələbat var. Lakin enerji daşıyıcılarının qiymətlərinin, kommunal xərclərin artması, ərzağın bahalaşması qızıla tələbatı azalda bilər. Son 10-11 ildə qızıla tələbat qalsa da, stabil olaraq azalır. Dünyada baş verən iqtisadi proseslər Azərbaycana da təsirsiz ötüşmür.

5bff7e09-b75e-3469-a292-c13e2f5d2730_850.jpg (99 KB)

- Dolların major valyutalar qaşısında mövqeyi necədir?

- Son 14 ayda dollar güclənir. Mərkəzi Banklar sentyabrdan iclas keçirməyə başlayacaq. Avqustun 28-də aparıcı Mərkəzi Bankların sədrləri Cekson Holda görüşəcək. Orada bazarlara müəyyən mesajlar veriləcək. Diqqətlər FES sədri Cerom Pauelə yönələcək. ABŞ-da iyul ayında inflyasiya iyuna nisbətən az oldu. ABŞ Mərkəzi Bankının sentyabr-oktyabrda 2 dəfə artıma getməsi gözlənilir. Avrozonada isə inflyasiya artım trendi ilə gedir – 9 faizə çatıb. Avrozonaya daxil olan ölkələrin çoxunda ikirəqəmli inflyasiya var. Baltikyanı ölkələrdə bu, 20 faizdən də yuxarıdır. Avropa Mərkəzi Bankı faiz dərəcəsini uzun müddətdən sonra 0,5% qaldırmışdı. Bankların hansı addımlarla, hansı ölçüdə uçot faiz dərəcələrini qaldırmasından, Amerika Mərkəzi Bankı ilə Avropa Mərkəzi Bankı arasındakı spreddən çox şey asılı olacaq. Əgər sentyabrda Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,75% səviyyəsinə qaldırsa, dolların güclənmə trendi daha aqressiv şəkildə ola bilər. Hazırkı spred stabil qalacaqsa, avronun müvəqqəti güclənməsini də görə bilərik. Amma istənilən halda texniki analiz göstərir ki, avro, funt sterlinq, Kanada dolları, İsveçrə frankı, Avstraliya dolları və s. kimi aparıcı valyutalar dollara nisbətən düşüş trendindədir. Qlobal trend dolların xeyrinədir. Avrozonadan əsas kapital axını ABŞ-a gedir. İkinci yerdə isə Böyük Britaniya qərarlaşır. Hazırda dünyada gedən bütün proseslərdən 1 nömrəli xeyir götürən Amerikadır. ABŞ öz problemlərini dünyanın hesabına həll edir.

3c3cc7e1-265d-3713-9d5d-ddecc3312141_850.jpg (117 KB)

- Kriptovalyuta bazarında durum necədir?

- Bütün kriptovalyutalar spekulyativ maliyyə aktivləridir. Onların qiymətləri dollara bağlıdır. Kriptovalyuta bazarı ilk növbədə fond bazarlarına bağlıdır. Fond bazarları təzyiq altında olduqca kriptovalyuta bazarı da aşağı istiqamətdə olur və 1 ildən çoxdur ki, bu bazarda ilk növbədə bitkoin və etheriumun qiymətlərində düşüş trendi davam edir. Kriptovalyutalar tarixi maksimumlardan demək olar ki, 80% aşağı düşüb. Kriptovalyutalar Mərkəzi Bankların bir nömrəli rəqibləridir. Onların tarixi 2009-cu ildən başlayıb. 2008-ci ildən isə banklar pul çap etdikcə bu pullar spekulyativ ticarətə yönəlib - həm fond bazarlarına, həm də kriptovalyuta bazarlarına. Kriptovalyuta bazarları hazırda təzyiq altındadır. Ora hansısa investisiyanın yönəldilməsindən söhbət gedə bilməz. İnvestisiya baxımından biz onu heç vaxt almarıq, spekulyativ formada isə ondan gəlir götürmək olar. Gələcəkdə aparıcı Mərkəzi Banklar stimullaşdırma proqramlarına başlasalar, faiz azalmalarına getsələr, iqtisadiyyatı stimullaşdırsalar və bazarlara əlavə pullar sıçratsalar o zaman biz artımları görə bilərik.

16538459039770.jpg (170 KB)

Dünyada kriptovalyutaya maraq ciddi səviyyədə deyil. Onların piarı ən çox Çində aparılır. Demək olar ki, hər gün bir kriptovalyuta kəşf olunur. İstənilən kommersiya bankı, ABŞ, Avropa, İngiltərə bankları kriptovalyuta biznesinə ciddi baxmır. Onlar bu bazarın inkişafına imkan verməyəcəklər. İlk səbəb odur ki, kriptovalyutalar stabil deyil. Ona yalnız spekulyativ rakursdan maraq ola bilər (bu gün alıb, sabah satmaq, yaxud da sabah alıb, o biri gün satmaq). Bu bazarda orta təbəqə aşağı təbəqəyə ziyan vurur. Ordan qazanc əldə etmək üçün professional olmaq lazımdır. Ənənəvi valyutalar sıradan çıxsa, bazarda dönüş ola bilər. Kriptovalyutaları almağa ehtiyac yoxdur. Yalnız çox ucuzlarını alıb saxlamaq olar.

- İnvestorların əsas investisiya aktivləri hansılardır?

- İnvestorların əsas investisiya aktivləri ABŞ istiqrazlarıdır. Son 14-15 ayda Amerikada istiqraz bazarları çox aktualdır. Amma orada illik gəlirlər aşağı olduğu üçün bu, orta və aşağı təbəqəyə sərf etmir. Fond bazarları təsir altında olduğu üçün orada hər hansı əməliyyatın investisiya baxımından yerləşdirilməsi mümkün deyil.

c7c6c507-da9d-4bf7-9ac7-3b683610c148_850.jpg (189 KB)
 
Digər əsas aktivlər əmlak və qızıldır. Fiziki qızılın qiyməti düşürsə, ona investisiya yatırmaq olar. Bu dəqiqə hər hansı bir şirkətin səhmini almaq olmaz. Fundamental hadisələrdən sonra yekun qərar vermək lazımdır.

- Yatırım etmək istəyənlər ilk növbədə nəyə diqqət yetirməlidir?

- İlk növbədə maariflənmə lazımdır. Azərbaycanda investorların əksəriyyəti maariflənməyə önəm vermir. KİV də bu sahədə aktiv olmalıdır.

f4fca9c2-b2a8-3f9a-8fad-481d5b288bc5_850.jpg (58 KB)
 
- Avropa ölkələrinin enerji problemi hansı yolla həll oluna bilər?

- Avropa ölkələri enerji problemini süni şəkildə yaradıblar ki, inflyasiya qalxsın, aparıcı Mərkəzi Banklar, ilk növbədə Avropa Mərkəzi Bankı faizi qaldırsın. Bu siyasət Avrozonanı çökdürmək üçün nəzərdə tutulub. Böyük Britaniya təsadüfən Avropa İttifaqından çıxmayıb. Qlobal hədəf Almaniyanın çökdürülməsidir. Əsas zərbə ona hesablanıb. Bu proseslər minimum 2024-25-ci illərə qədər gedəcək. Təsadüfi deyil ki, avro 22 illik minimumlara düşüb. Növbəti çöküş də baş verə bilər.

avro_banco.az_1_1.jpg (87 KB)

- Avro Bölgəsində illik inflyasiya iyul ayında enerji qiymətlərinin artması səbəbindən 8,9 faizlə rekord səviyyəyə çatıb. Əsas səbəblər hansılardır?

- Proseslər belə getsə, rekord ikirəqəmli olacaq. Böyük Britaniyada ikirəqəmli inflyasiya artıq var -10,11%. 15 ölkədə ikirəqəmli infyasiya var. Tendensiya davam etsə, Almaniya da eyni aqibətlə üzləşə bilər. Əsas səbəblər enerji qıtlığı və birjalarda qazın qiymətidir.

0abca33e-54ea-386a-9f6c-dbf332fb223a_850.jpg (112 KB)

Aytən Novruz
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR