İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada son dövrlərdə siyasətçilərə hücumlar artıb  

267 08.05.2024 15:51 Siyasət A A


Almaniya Sosial Demokrat Partiyasının (SPD) üzvü, Berlinin iqtisadi senatoru Franziska Giffay naməlum şəxsin hücumuna məruz qalıb. Qəsbkar siyasətçini ağır çanta ilə başına arxadan vuraraq qaçıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Qəzetin yazdığına görə, bu, son günlər alman siyasətçilərinə qarşı dördüncü hücumdur. Hadisə çərşənbə axşamı Berlinin Rudov rayonunda yerləşən kitabxanada baş verib. 2021-2023-cü illərdə Almaniya paytaxtının hakim burqomistrı vəzifəsində çalışan Giffay xəstəxanaya gedib. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə axşamı başqa bir siyasətçiyə növbəti hücum olub. Drezdendə Birlik 90/Yaşıllar partiyasının üzvü 47 yaşlı İvon Mosler zorakılığa məruz qalıb. O, köməkçilərinin müşayiəti ilə seçki plakatları asarkən iki naməlum şəxs tərəfindən döyülmək istənilib . Onlardan biri qadını kənara itələyərək qışqırıb və plakatları cırıb. Daha sonra polis hadisə yerinə yaxın ərazidə 24 yaşlı qadın və 34 yaşlı kişini saxlayıb.

Ötən həftə Drezdendə Sosial-demokrat partiyasının üzvü və Avropa Parlamentinə seçkilərə namizəd Mattias Eke hücuma məruz qalıb. 41 yaşlı siyasətçi küçədə seçki plakatları asan zaman ona fiziki təzyiq göstərilib. Polis dörd hücumçunun şəxsiyyətini müəyyənləşdirib. Bundan əlavə, Essendə naməlum şəxslər Kay Göring və Rolf Flisə (hər ikisi Yaşıllar) partiya tədbirindən sonra hücum çəkilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR