İnsanlara hürriyət, millətlərə istiqlal!

Afrikalı uşaqlar “Qarabağ Azərbaycandır!” quyusundan su içir - VİDEO

4069 17.11.2022 20:43 Müsahibə A A

Tbilisi Avropa Universitetinin Hüquq fakültəsinin məzunu, Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçısı, “Ümid” Yardım Fondunun rəhbəri Minurə Mustafayeva daha çox Afrikada su quyuları qazdırmaqla tanınır. Həmin quyulardan birinin adı “Qarabağ Azərbaycandır!” adlanır.

314723558_1314759609351735_6443618706875743255_n.jpg (274 KB)

Musavat.com soydaşımız Minurə Mustafayeva ilə müsahibəni təqdim edir:

- Minurə xanım, özünüz haqqında oxucularımıza məlumat verərdiniz.

- 27 yaşım var, Gürcüstanın Marneuli şəhərində anadan olmuşam, hazırda Tbilisidə yaşayıram. Tbilisi Avropa Universitetinin Hüquq fakültəsində magistr təhsili alıram. Hazırda ixtisasım üzrə çalışmıram, özəl şirkətdə fəaliyyət göstərirəm. Həftənin 3 günü şirkətin tanıtımı ilə məşğul oluram. Həm də məzun olduğum universitetin sənəd qəbulu şöbəsində gürcü və ingilis dilləri üzrə tərcüməçilik edirəm. Dizayn üzrə ailə biznesimiz də var. Demək olar ki, 3-4 işim var.  
 
- Xeyriyyəçilik fəaliyyətiniz nə vaxt başlayıb?

- Xeyriyyəçi olmaq mənim uşaqlıqdan arzum idi. Anam deyirdi ki, ali təhsil al, sonra xeyriyyəçilik də edərsən. Şadam ki, hər ikisinə nail ola bildim. Asudə vaxtlarımda könüllülərlə ehtiyacı olan ailələrin evlərinə gedirik. Müraciət edənlərin əksəriyyəti azərbaycanlı ailələrdir.

WhatsApp Image 2022-11-14 at 19.13.05.jpeg (214 KB)

Gürcüstanda və xarici ölkələrdə yaşayan xeyriyyəçi insanlar mənə bu işdə dəstək olur. Amma fəaliyyətimə mane olmağa çalışanlar da var.

- Niyə məhz Afrika?

- Həmişə istəyirdim Afrikada yaşayan ailələrə, körpələrə dəstək olum. Sosial şəbəkədə etdiyim paylaşımlar Afrikaya da gedib çatmışdı. Onlar bizdən yardım istədilər. Əvvəlcə ora qurban kəsilib paylanılması üçün 100 dollar göndərdim. 2-3 gün sonra mənə qurban kəsdikləri videonu və ailələrin şəkillərini göndərdilər. Beləliklə, sosial şəbəkədə paylaşım edib, Afrikaya dəstək üçün ianə toplamağa başladım. Bu ilin yanvarından xeyriyyəçi insanların dəstəyi ilə Afrikaya yardım göndərməyə başladıq. Öncə Kamerunda 1 ay boyunca yoxsul ailələr üçün iftar süfrələri açdırdıq.

WhatsApp Image 2022-11-14 at 19.13.38.jpeg (260 KB)

Qurban bayramında isə 150-dən çox qurban kəsdirdik. Afrikanın susuz torpaqlarına su quyusu ilə ümid olmaq istədim. Bu məqsədlə sosial şəbəkə hesabımda aksiyaya başladım. Lazım olan məbləğ 1 həftəyə toplandı. Artıq Afrikada 6 içməli su quyusu qazılıb və yerli sakinlərə təhvil verilib. Həmin quyular “Borçalı”, “Pəri xanım Sofiyeva”, “Qarabağ” və sair adları daşıyır.

WhatsApp Image 2022-11-14 at 18.37.56.jpeg (94 KB)

Təxminən 1 ay öncə Kamerunda “Qarabağ Azərbaycandır!” adlı içməli su quyusu əhalinin istifadəsinə verilib. Quyuların açılışında iştirak etməmişəm, amma ora getmək istərdim. 

WhatsApp Image 2022-11-14 at 18.42.39.jpeg (136 KB)

- Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqəniz necə yaranıb?

- Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinə Diasporla İş Üzrə Dövlət Komitəsindən əməkdaşlar gəldiyi zaman onlarla şəxsən tanış oldum. İctimai aktivliyim zamanı diaspor fəaliyyətinə böyük rəğbət bəsləyirdim. Komitə ilə tanışlıq mənim üçün olduqca xoşdur.

- Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçısı olmusunuz...

- Şuşa mənim üçün elə bir sevgi, elə bir sevincdir ki, onu heç bir xoşbəxtliklə müqayisə etmək olmur. Şəhidlərimiz, qazilərimiz sayəsində Şuşaya qorxu hissi ilə deyil, təbəssümlə daxil ola bilirik.

WhatsApp Image 2022-11-14 at 18.36.41.jpeg (447 KB)

Bizə bu möhtəşəm hissi yaşadanlara minnətdaram. Cənnət Şuşanın torpağına artıq yad ayaqlar basılmır. Şəhidlərimiz Şuşanın nə qədər dəyərli olduğunu bizə anladır. Axşam çağı Şuşanın evlərində yanan işıqlar insana hüzur verir.

WhatsApp Image 2022-11-14 at 18.36.41 (1).jpeg (472 KB)

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR