İnsanlara hürriyət, millətlərə istiqlal!

Afət Fərmanqızı: "Bakıdayam, kim istəyir, görüşək - məhkəmələr hələ davam edir" - Eksklüziv açıqlama

3139 02.09.2023 12:21 Mədəniyyət A A

"Yazırdılar ki, guya axtarışdayam, amma Bakıdayam, kim məni axtarırsa gəlsin, görüşək".

Bu sözləri Musavat.com-a açıqlamasında müğənni Afət Fərmanqızı deyib. Müğənni Xalq artisti Flora Kərimova ilə aralarında davam edən məhkəmələr barəsində bunları deyib:

"Birinci məhkəmədə mənim Rusiyadan tutularaq, məhkəməyə gətirilmə vəsadəti təmin olunmayıb. İkinci məhkəmədə əmlakıma həbs qoydurmaq istəyirdi ki, o da təmin olunmayıb. Üçüncü məhkəmədə isə ekspertiza mənim xeyrimə qərar verib. Doğrudur, məhkəmə hələ tam yekunlaşmayıb, amma son qərarlar bundan ibarətdir".

Müğənni barəsində axtarış elan olunması ilə bağlı yayılan xəbərləri də təkzib edib:

"Yazırdılar ki, guya axtarışdayam, amma Bakıdayam, kim məni axtarırsa gəlsin, görüşək.

Hər üç qərarı verən hakimlərə təşəkkürümü bildirirəm. Açığı o zaman bu proseslər başlayanda etiraz edirdim ki, məhkəmələr belə işi niyə icraata götürür. Amma yəqin ki, qanun bunu tələb edib. Gedişat çox ürəyimcədir. Doğrudan da ölkəmizdə şah qanun deyil, qanun şahdır. Mən buna bir daha əmin oldum".

Xatırladaq ki, artıq uzun müddətdir Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızı arasında məhkəmə çəkişməsi davam edir. Xalq artisti Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edib.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR