İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Üsamə bin Ladenin kürəkənini öldürdü – Fotolar

905 03.03.2017 14:41 Dünya A A

Əl-Qaidənin qurucusu Üsamə bin Ladenin kürəkəni Əbu Kayr əl Masri ABŞ tərəfindən öldürülüb.

Avropa.info xəbər verir ki, bu haqda İsraildə nəşr edilən “Arutz Sheva” adlı qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Əbu Kayr əl Masri Suriyanın İdlib şəhərində ABŞ-a məxsus insansız hava aparatı tərəfindən vurulub.

Türkiyə mətbuatının yazdığına görə, Əl-Qaidə dünən yaydığı bəyanatla məlumatı təsdiqləyib.

İsrail qəzeti isə Əbu Kayr əl Masrinin avtomobilinin vurulduğunu bildirməklə yanaşı, hadisənin fotolarını da yayıb.

Qeyd edək ki, əslən Misirdən olan Əbu Kayr əl Masri bin Ladenin qızı ilə evli idi.

1_5

4_63

5_41

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR