İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-li UFC döyüşçüsü dörd il müddətinə döyüşlərdən kənarlaşdırılıb

607 22.03.2024 03:53 İdman A A

ABŞ-li UFC döyüşçüsü Uolt Harris antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə döyüşlərdən kənarlaşdırılıb.

Bu barədə promosyonun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, döyüşçü tərəfindən ümumilikdə iki qayda pozuntusu faktı qeydə alınıb.

Onun qanında “drostanolon” maddəsi və ekzogen testosteron ilk dəfə keçən ilin 23 iyun və 12 iyulunda aşkar edilib. 6 avqust 2023-cü ildə xoşagəlməz nəticələr barədə xəbərdar edildikdən sonra o, yenidən analiz verib və nəticədə onun qanında “anastrozol” və “drostanolon” maddələri aşkar edilib.

Harrisin 48 aylıq cəza müddəti 2023-cü il iyulun 11-də, onun oyunlardan kənarlaşdırıldığı barədə xəbər verildiyi gün başlayıb.

Qeyd edək ki, Uoltun hesabında 13 qələbə və 10 məğlubiyyəti var.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR