İnsanlara hürriyət, millətlərə istiqlal!

78 il əvvəlin fotosu: Özünü qaliblər cərgəsinə zorla calayan Fransa...

7882 23.09.2023 19:00 Foto fakt A A

Oxucumuz Əyyub Əliyevin “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlunun ünvanına göndərdiyi məktub və şəkildə nasist Almaniyasının kapitulyasiyası zamanı baş vermiş bir maraqlı, eyni zamanda məzəli hadisənin təfərrüatından bəhs edilir.

Ə.Əliyev yazır: “Hörmətli Rauf bəy, Xalid Kazımlının Fransa haqqında məqaləsini oxudum, amma onun ünvanını bilmədiyim üçün sizi narahat etməli oldum. Sizə göndərdiyim şəklə diqqətlə baxmanızı xahiş edirəm. Vaxtilə bizə bu xırda, amma çox az sayda insanın bidiyi məlumati tarix müəllimimz, II dünya müharibəsində topçu olmuş, rəhmətlik Baba Babayev (Sumqayıt, 16 nömrəli orta məktəb, 1979) vermişdi”.

2c101599-8b8c-4b0f-9a47-7f11880896d0.jpg (71 KB)

Ardınca Əyyub müəllim öz müəllimi Baba Babayevin danışdığı hekayəti yazır. Heç demə, Almaniyanın kapitulyasiya sazişi imzaladığı zaman əvvəlcə divarda üç bayraq olub: ortada SSRİ-nin, sağda Böyük Britaniyanın, solda isə ABŞ-ın bayraqları. Amma Fransa nümayəndələri bundan bərk inciyiblər, deyiblər, orada bizim bayrağımız da olsun. Nasist Almaniyasına qalib gələn müttəfiqlər Fransanın ümumi qələbədə dövlət olaraq (fransızlar yalnız adda-budda partizan hərəkatı aparıblar) rol oynamadığını bilsələr də, şad gündə fransızların qəlbini qırmayıblar, deyiblər, yaxşı, sizin bayrağınız da olsun. Bundan sonra Fransanın nümayəndə heyətinin üzvləri tez-tələsik haradansa bir məftil tapıblar, bayraqlarini SSRİ bayrağına calayıblar. Yeni asqı düzəltməyə vaxt itirmək istəməyiblər. Beləcə, özlərini zorla qaliblərin cərgəsinə salıblar.

Əyyub Əliyev sonda yazır: “Şəkildə bu aydın görünür. Üzünü yerə sürtərək, özünü qələbəyə yapışdıran bir ölkənin müdafiə etdiyi ölkə elə Ermənistan ola bilər. Eyni xislətdə olan varlıqlardır...”

Onu da qeyd edək ki, əməkdaşımızın məqaləsində Nürnberq məhkəməsində III reyxin rəhbərlərindən birinin məhkəmə heyətinin arasında fransız hakimləri görərkən “bunların burada nə işi var” dediyindən bəhs olunurdu.

Tarixi fakt belədir ki, 1940-cı ildə Hitler Almaniyası Fransanı 43 günə (10 may-22 iyun) işğal edib, 44 günə qalmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR