İnsanlara hürriyət, millətlərə istiqlal!

6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək

575 06.09.2023 18:22 Mədəniyyət A A

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə 2023-cü il sentyabrın 6–10-da 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Musavat.com xəbər verir ki, ANİMAFİLM Festivalı 2018-ci ildən etibarən hər il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

Festivalın bilet satışlarından əldə olunacaq gəlir azərbaycanlı gənc qadın rejissorlara dəstək olmaq məqsədilə ianə ediləcək.

Festival çərçivəsində 20 tədbirin keçirilməsi və 60-dan çox animasiya filminin nümayişi nəzərdə tutulmuşdur. Festival müsabiqə, müsabiqədənkənar və peşəkar proqramlardan ibarətdir:

• Müsabiqə proqramına iki yerli və iki beynəlxalq kateqoriyalar, “Tamaşaçı rəğbəti mükafatı” daxildir. Müsabiqə qaliblərinin seçimi beynəlxalq münsiflər heyəti və uşaq tamaşaçılar tərəfindən həyata keçirilir.

• Müsabiqədənkənar proqramda tematik nümayişlərin – festivalın mövzusuna uyğun filmlərin və retrospektivlərin – dünyaca məşhur animasiya müəlliflərinin əsərlərinin nümayişləri nəzərdə tutulmuşdur.

• Peşəkar proqram xarici və yerli animasiya mütəxəssislərinin ustad dərsləri və vörkşoplardan ibarətdir.

• Peşəkar proqram çərçivəsində həmçinin, İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyinin dəstəyi ilə “Women Rights Through Animated films” inkişaf vörkşopu və maliyyə proqramı keçiriləcək.

Müsabiqə qaliblərinin seçimi 6 xarici mütəxəssisin də daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının xüsusi qonağı “Oscar” mükafatı qazanmış niderland əsilli rejissor Michael Dudok de Wit-dir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR