İnsanlara hürriyət, millətlərə istiqlal!

“2026-cı ilin sonuna Ağdam şəhərinin əhalisi 20 mini keçəcək”

1490 16.08.2023 12:56 Media A A

Qarabağa “Böyük Qayıdış” planı çərçivəsində Füzuli sakinlərinin öz yurd-yuvalarına qayıtmaq arzuları artıq reallaşmaq üzrədir. Məcburi köçkünlər iki mərhələdə Füzuliyə geri dönəcəklər. Gələn aydan etibarən bu prosesin ilkin mərhələsi başlanacaq.

Artıq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma da keçirib. Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Onu da qeyd edək ki, hazırda ən sürətli şəkildə məcburi köçkünlərin geri döndüyü yerlərdən biri də Laçındır. Ötən həftə daha 23 ailənin - 93 nəfərin Laçına qayıdışı baş tutub. Beləliklə, Laçın şəhərində 203 ailə, yəni 793 nəfər daimi məskunlaşıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlıyinin baş məsləhətçisi Eldar Seyidov Ağdam yaşayış məhəllələrinin salınması barədə açıqlamasında həmin rayonun sakinlərini sevindirəcək fikirlər səsləndirib: “Ağdam şəhərində 1-ci fazada məcburi köçkünlər üçün dövlət tərəfindən çox böyük yaşayış məhəllələri salınacaqdır. Əvvəlcə 1-ci yaşayış məhəlləsi barədə məlumat verim. Belə ki, Ağdamda hazırda 1-ci yaşayış məhəlləsi üzrə layihələndirmə işləri yekunlaşmaq üzrədir. Bu yaşayış məhəlləsi şəhərin şimal-şərqində yerləşir. Şərqdən Üzərliktəpə tarixi arxeoloji abidəsi, qərbdən isə şəhərin tarixi mərkəzi ilə əhatələnib. Həmçinin "İmarət" adlanan tarixi ərazi də məhəllənin yaxınlığındadır. Burada tikiləcək 1139 mənzildə 3068 nəfər məskunlaşdırılacaq.

Dədəlidə 1050, Pirəhmədlidə isə 565 ədəd fərdi yaşayış evləri tikiləcək - Eldar  Seyidov

Eldar Seyidov: “İlk mərhələdə Ağdama 10 min nəfərin köçü baş tuta bilər”

Ümumi sahəsi 14 hektara yaxın olan 2-ci yaşayış məhəlləsinin isə ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Məhəllədəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infnrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Layihənin 2025-ci ildə tamamlanması planlaşdırılır.

3-cü yaşayış məhəlləsi isə daha geniş ərazidə olacaq. Ümumi sahəsi 17 hektara yaxın olan yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239 mənzil olacaq.

Yaşayış məhəlləsindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik və yüksəksürətli internetlə təmin ediləcək. Məhəllədə həmçinin idman meydançaları, velosiped və avtomobil dayanacaqları yaradılacaq.

Ağdam şəhərinin 4-cü və 5-ci yaşayış məhəllələri isə layihələndirmədədir. Birinci layihənin 2025-ci ildə, ikinci lanyihənin isə 2026-cı ildə tamamlanması planlaşdırılır. 4-cü məhəllədə tikiləcək yaşayış binalarında 1220 mənzil, 5-ci məhəllədə tikiləcək yaşayış binalarında 1277 mənzil olacaq. Ümumiyyətlə, Ağdam şəhərinin ərazisinin 23 faizi yaşıllıq zonaları (meşə və parklar) kimi nəzərdə tutulub. Onun müxtəlif istiqamətlərdə 6 gıriş-çıxış yolları olacaq. Əsas üstünlük isə daha çox piyada yollarına veriləcək. Yəni şəhərdə piyada və velosiped yollarından geniş istifadə olunacaq.

Ağdam şəhəri ərazicə geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaşmanın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur. İlk mərhələdə Ağdama 10 min nəfərin köçü baş tuta bilər. Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün köçürülməsi planlaşdırılır".

Həyatımızdakı zəhlətökən rejissorun kimliyi

Leyla Sarabi: “İlk dəfədir ki, Qarabağa köç fərdi evlərə deyil, çoxmənzilli binalara baş tutacaq”

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leyla Sarabi isə mətbuata açıqlamasında Füzuli şəhəri ilə bağlı diqqətçəkən məlumatlar verib: “İlk dəfədir ki, Qarabağa köç fərdi evlərə deyil, çoxmənzilli binalara baş tutacaq. Şəhərdaxili yolların ümumi uzunluğunun 87 kilometr olması nəzərdə tutulur. İlkin mərhələdə 18.5 kilometr yolun tikintisi planlaşdırılır. Prospektlər dörd zolaqlı, yol və küçələr isə 2 zolaqlı olacaq. Piyadaların rahat hərəkət etməsi üçün bütün imkanlar yaradılacaq, piyada yolları, yaşıllıq zolaqları, ictimai nəqliyyatın rahat hərəkəti üçün zolaqlar, həmçinin velosiped yollarının tikintisi çox sürətlə davam edir”.

L.Sarabi onu da qeyd edib ki, Özbəkistan tərəfindən Füzulidə 3 hektar ərazini əhatə edən 960 şagird yerlik məktəbin tikintisi yüksək sürətlə davam edir və yaxın günlərdə bu məktəbin tikintisinin yekunlaşdırılması planlaşdırılır: “Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib”.

HAZIRLADI: Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR